“Qəbələ”ylə də böyük uğurlar qazanacağımıza inanıram"

29.09.2015 | 5240 dəfə oxunub

“Baş məşqçi Roman Qriqorçuk məni yenidən sərəncamında görmək istədi. Açığı, gözləmirdim. Doğrudur, başqa təkliflər vardı, ancaq “Qəbələ”yə dönməyi daha məqsədəuyğun saydım. Yenidən burda olmaqdan məmnunam”.

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Abışov açıqlamasında deyib. Millimizin üzvü xeyli müddət meydana çıxmadığı üçün bir qədər çətinlik çəkdiyini bildirib:

“Əlbəttə, oynamamaq hər bir futbolçuya sonradan çətinlik yaradır. Əsas odur ki, ilk oyunumda uğurlu nəticə əldə etdik. Cari mövsümdə debüt etdiyim “Sumqayıt”la matçda, çətin də olsa, qələbə qazandıq. Doğrudur, məndə bir az yorğunluq vardı. Ancaq bu, zamanla qaydasına düşəcək. Mənə elə gəlir ki, 2-3 turdan sonra oyunum daha yaxşı olacaq”.

28 yaşlı futbolçunun fikrincə, “Qəbələ”nin potensialı Premyer Liqanın qalibi olmağa imkan verir: “Ötən mövsümdəki komandada oynamaq, məncə, daha rahat idi. Bəlkə bu, hazırkı heyətə yeni qoşulmağımdan irəli gəlir. Əlbəttə, hazırkı “Qəbələ”ylə də böyük uğurlar qazanacağımıza inanıram. Çempionluq barəsində danışmaq tezdir, çünki qarşıda xeyli çətin oyunlar olacaq. “Sumqayıt”la matç göstərdi ki, çempionatda asan sınaq olmayacaq. Çempion olmaq istəyiriksə, ”Qarabağ” kimi güclü komandayla rəqabət aparacağıqsa, hər oyunda qələbəyə köklənməliyik”.

Ruslan Abışov “Qəbələ”yə Avropa Liqasının qrup mərhələsində kömək edə bilməyəcək. Çünki onların keçidləri həll olunan zaman “Qəbələ” sifariş ərizəsini artıq UEFA-ya göndərmişdi. Ruslan üzləşdiyi vəziyyətə görə üzülsə də, ümidini itirmir: “Əlbəttə, çox istərdim ki, Avroliqa oyunlarında çıxış edim. “Rubin”lə bu mərhələdə oynasam da, “Qəbələ”nin heyətində tamam başqa cür ola bilərdi. Ancaq oynaya bilməməyim məndən asılı məsələ deyil və görünür, bu dəfə qismət deyilmiş. Əslində, bu, cari mövsümdə də mümkün ola bilər. “Qəbələ” 1/16 finala çıxsa, mən də istəyimə çata bilərəm. Avropa Liqasında komandamıza çox güvənirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail