"Qəbələ" "Krasnodar"la oyuna hazırdı

30.09.2015 | 5048 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirib. Stadium.az xəbər verir ki, qısa istirahətdən sonra məşqlərini sentyabrın 28-də bərpa edən “qırmızı-qaralar” iki gün Bakıda məşq edib.

Bakı Olimpiya stadionunda baş tutan hazırlıqlarda zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular iştirak edib. Roman Qriqorçukun yetirmələri hər iki məşq zamanı toplu çalışmalara üstünlük verib. Bununla da “Qəbələ” paytaxtdakı hazırlığını yekunlaşdırıb.

Komanda bu gün səhər Rusiyanın Krasnodar şəhərinə yola düşəcək. Oyunöncəsi son məşq də qarşılaşmanın baş tutacağı “Kuban” stadionunda keçiriləcək. “Qırmızı-qaralar” bu arenaya Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.

Saat 21:15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və müdafiəçi Arif Daşdəmirovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

II turun oyunları oktyabrın 1-də baş tutacaq. “Qəbələ”nin “Krasnodar”la səfər oyunu Bakı vaxtı ilə 00:05-də start götürəcək. Matçı polşalı hakimlər briqadası idarə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail