Almeydandan qol, "Qarabağ"dan rekord

02.10.2015 | 4226 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Anderlext” (Belçika) qarşılaşmasında vurulan ilk qol yubiley və mütləq rekordla əlamətdar olub. Stadium.az xəbər verir ki, II turun bugünkü matçında qonaqların qapısına yol tapan Riçard Almeyda Ağdam təmsilçisinin avrokuboklarda 60-cı qolunu vurub.

Qitəmiqyaslı klub turnirlərində 1996-cı ildə debüt edən ağdamlılar bu müddətdə keçirdiyi əvvəlki 61 matçda 59 dəfə fərqlənmişdi. Braziliyalı legioner 62-ci qarşılaşmaya təsadüf edən 60-cı qola imza atıb.

Azərbaycan klubları arasında ən çox top vuran komanda olan “Qarabağ”ın 60-a çatmasına digər braziliyalı – Reynaldo hamıdan artıq 9 qolla töhfə verib. Bu 60 qoldan 49-u Avropa Liqası, 8-i Çempionlar Liqası, 2-si İntertoto kuboku, 1-i Kuboklar kubokuna təsadüf edib.

Almeyda isə bu qolu ilə yeni rekord müəyyənləşdirib. O, Azərbaycan futbolu tarixində ardıcıl 4 avrokubok matçında fərqlənən ilk futbolçu olub.

İsveçrə “Yanq Boyz”u ilə hər iki pley-off qarşılaşmasında (1:0, 3:0) və I turun “Tottenhem”lə İngiltərədəki oyununda (1:3) rəqibləri məyus edən Riçard Branimir Subaşiç və Reynaldonun rekordunu təkrarlamışdı. Sonuncu “Qarabağ”ın heyətində meydana çıxdığı ardıcıl 3 oyunda, serbiyalı isə “Xəzər Lənkəran”ın 3 görüşündə qol seriyası nümayiş etdirmişdi. Bugünkü matçda öz seriyasını 4-ə çatdırmağa nail olan Almeyda isə mütləq rekordla onları arxada qoyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail