Belçikalı azarkeşlər dalaşdı, araya Elxan Məmmədov girdi VİDEO

02.10.2015 | 5610 dəfə oxunub

Dünən keçirilən "Qarabağ" - "Anderlext" (1:0) oyunundan sonra Brüsseldən gələn azarkeşlərlə polislər arasında anlaşılmazlıq baş verib. 

Siadium.Az-ın "Qaynar.info"ya istinadən verdiyi xəbərə görə, belçikalı tərəfdarlar komandalarının Avroliqanın qrup mərhələsində ardıcıl 2 oyunda qələbə qazana bilməməsində futbolçuları günahlandırıb.

Qonaq fanatlar yerləşdikləri sektordan düşərək futbolçuları cəzalandırmağa çalışıblar. Bu zaman polislər və Daxili Qoşunların əsgər heyəti bunun qarşısını alıb. Azarkeşlər "Anderlext"in kapitanı Silvio Proto, Olivye Deşaxt və Yuri Tilemansa öz sözlərini desələr də, sakitləşməyiblər.

"Qarabağ"ın meneceri Asif Əsgərov polislərin oradan çəkilməli olduğunu bildirsə də, asayiş keşikçiləri oranı tərk etməyib. Hadisə yerinə "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl də gəlib. Bu arada alkoqol qəbul etmiş qonaq fanatlardan da bir-biriləri ilə dalaşan olub. Ancaq bu davanı da polis yatırda bilib.

Məsələyə AFFA-nın baş katibi Elxan Məmmədov da qarışıb. O, hadisə yerinə təşrif buyurub. O, azarkeşlərinə görə məsuliyyət daşıyan "Anderlext"in rəsmiləri ilə danışıb, fanatların təhlükəsizliyi baxımından bir problemin olmadığını bildirib. Azarkeşlər sektordan düşdükdən sonra bir müddət polislərin əhatəsində saxlanılıb. Yerli azarkeşlər tamamilə stadiondan çıxdıqdan sonra qonaqların da arenanı tərk etməsinə icazə verilib.

Sonda azarkeşlərin futbolçularla gərginlik anını və Elxan Məmmədovun stadiona təşrif buyurma görüntüsünü təqdim edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail