"Xəzər Lənkəran"da Akademiyanın həftəsi FOTO
Geridə qoyduğumuz həftə aşağı yaş liqaları tam sürət götürdü.
Stadium.az xəbər verir ki, ötən həftələrdə yalnız U-15 liqasının matçları keçirilirdisə, bu həftə 19, 17 və 16 yaşlılar da mövsümə start verdilər.
Bazar ertəsi səfərdə “Vətən”lə qarşılaşan "Xəzər Lənkəran"ın U-17 komandası rəqibə məğlub olub. Rəqibin vurduğu qollara Kamal Dənziyev iki dəfə cavab versə də, son dəqiqələrdə təyin olunan penalti oyunun nəticəsini həll etdi – 2:3. Qeyd edək ki, Kamal Dənziyev bu mövsümdə artıq 6 dəfə fərqlənib - onun hesabında əvəzedicilər çempionatında vurduğu 4 qol da var. Növbəti gün isə U-15 ev oyununa çıxdı. Bu turda Mircəlal Əliyevin yetirmələri “Kəpəz”lə üz-üzə gəldi. Favorit statusunu tam doğruldan 2001-ci il təvəllüdlü futbolçular 7:0 hesabı ilə qalib gəldilər. Qolları Əliağa Məmmədov (3), Tural Bayramov, Qədir Həsənov, İsmayıl Bəbirzadə və Aydın Ağazadə vurublar. Hazırda “Xəzər Lənkəran” U-15 Liqasında dörd oyundan maksimum nəticə qazanan dörd komandadan biridir.
Çərşənbə günü U-19 komandası mövsümdə ilk matçına çıxdı. UEFA Gənclər Liqasına vəsiqə qazanmış “Rəvan”ı qəbul edən Hafiz Əliyevin komandası böyükhesablı qələbə qazana bildi. 3:0 hesabı ilə qalib gələn komandamızın heyətində qolları Kənan Bağırzadə, Arzu İsmayılzadə və Fərid Ağazadə vurdular. “Xəzər Lənkəran” TV oyunun icmalını diqqətinizə çatdırır:
U-16 qrupu da ilk tur oyununa evdə çıxdı. “Qarabağ”la qarşılaşan komanda Asim Cəfərov və Nurlan Fərəclinin qolları ilə 2:1 hesabı ilə qalib gəldi. Bu matçın da icmalı gün ərzində “Xəzər Lənkəran” TV Youtube kanalında yerləşdiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |