"İtaliyaya qarşı belə oynayacağımızı gözləmirdim"

11.10.2015 | 3174 dəfə oxunub

"Millimizin oyunundan razı qaldım. Məğlub olsalar da, çox yaxşı oynadılar. Təəssüf ki, hüçumçumuz zədəli idi. Digər hüçumçu Erat isə hələ gəncdir. Onun İtaliya kimi komanda ilə oynayacaq təcrübəsi yoxdur". 

Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.Az-a açıqlamasında deyib. 

"Avro-2016"nın seçmə mərhələsində millimizin İtaliya ilə görüşünü dəyərləndirən R.Musayev səviyyə fərqinin həlledici rol oynadığını bildirib: "Stadionda 55 minə yaxın azarkeşin olması çox yaxşı haldır. Elə bir azarkeş görmədim ki, millimizdən narazı getsin. Axır ki, Azərbaycan millisi haqda ancaq xoş sözlər eşidirik. Buna görə də Robert Prosineçkiyə təşəkkürümü bildirirəm. İnanırıq ki, gələcəkdə daha yaxşı uğurlar əldə edəcəyik. İtaliya kimi bir komanda ilə belə oynayacağımızı, topa daha çox sahib olacağımızı gözləmirdim. Futbolçularımız əlindən gələni etdi. Amma səviyyə fərqi öz sözünü dedi. Bolqarıstanla oyunda Bədavi Hüseynovun olmaması işimizi çətinə sala bilər. Amma inanırıq ki, yaxşı nəticə ilə qayıdacağıq. Qələbə qazana bilməsək də, bərabərliklə dönsək, yaxşı olar". 

PFL rəsmisi millimizin kapitanı Rəşad Sadıqovun komandadan getmək istəməsinə də münasibət bildirib: "Yığmada Rəşad Sadıqova ehtiyac var. Çünki məşqçidən başqa futbolçulara meydanda da lider lazımdır. O, özü  gücünü bilir. Rəşadın yığmadan getməyi düzgün olmaz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail