"Standart vəziyyətdən buraxdığımız qol işimizi çətinləşdirdi"-Sadıqov

14.10.2015 | 2541 dəfə oxunub

Avro-2016-nın seçmə mərhələsinin son oyununda səfərdə Bolqarıstana 0:2 hesabı ilə uduzan millimizin kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərə müsahibə verib: 

- İlk hissəyə passiv başladıq. Standart vəziyyətdən buraxdığımız qol işimizi çətinləşdirdi. İkinci hissədə məşqçinin tapşırığı ilə daha aktiv oynadıq. Ancaq yenə də "ikinci mərtəbə"də rəqibə uduzduq. Ancaq ikinci hissədə pis oynamadıq. 90 dəqiqə ərzində o cür oynasaydıq, buradan qələbə ilə ayrıla bilərdik.

- Komanda kənardan həvəssiz kimi görünürdü...

- Həvəssiz deyildik, sadəcə bir qədər yorğun idik. Həmişə istədiyimiz kimi alınmır.

-Ümumilikdə seçmə mərhələni necə dəyərləndirirsən?

- Seçmə mərhələyə çox pis başladıq. Ancaq Prosineçkinin gəlişindən sonra həm oyunumuzda, həm də nəticələrdə yaxşılığa doğru dəyişikliklər oldu. Son iki oyundan ən az bir xal qazanmalı idik. Təəssüflər olsun ki, alınmadı. Düşünürdük ki, 2 və ya 3 xal qazanacağıq.Ən azındanbir xal qazanmağa borclu idik. Ancaq bunu edə bilmədik.

-Matç ciddiəhəmiyyət kəsb etməsə də, bir qədəraqressiv alındı.Səncə, bu aqressivliknə ilə bağlı idi?

- Heç bir komanda məğlub olmaq istəmirdi. Ona görə də komandalarda bir azgərginlik var idi. Ancaq alınmadı...

- Karyeranla bağlı son qərarı verdin?

-Yox. Danışdığımız kimi, hələ vaxt var. Moldova ilə oyuna qədər düşünüb, qərarı açıqlayacam.

- Yəni hələ oynamaq istəyin var?

-Yığmada oynamağı kim istəməz ki? Karyerasını bitirmiş kimdən soruşsan, o da deyəcək ki, oynamaq istəyirəm, ancaq hər şeyi düzgün dəyərləndirmək lazımdır. Çünki, bu millidir, burada oynamaq hər bir insan üçün şərəfdir. Lakin milli formanı geyinmək üçün layiqli olmalısan. Mən öz gücümü dəyərləndirib, son qərarı verəcəm. Əgər mənə ehtiyac olsa,hər zaman yığmayakömək etməyə hazır olacam.

- Müdafiədə Ruslanla tandemin necə alındı?

- Pis alınmadı. İlk dəfə idi ki, Ruslanla mərkəzdə oynayırdım. Foqtsun vaxtında bir dəfə 45 dəqiqə oynamışdıq, o da bir qədər uğursuz alınmışdı. Ancaq bu dəfə pis alınmadı. Düzdür, "ikinci mərtəbədən” qollar buraxdıq. Lakin rəqibə başqa qol imkanları vermədik. Sadəcə, İtaliya da, Bolqarıstan da əllərinə düşən imkanlardan maksimum istifadə etdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail