"Məcburiyyətdən müdafiəçini yarımmüdafiədə oynadırdıq"-Yaşar Vahabzadə

14.10.2015 | 2659 dəfə oxunub

"Avstriyadakı məğlubiyyətdən sonra futbolçuların psixoloji durumu qaydasında deyildı. Onlarla söhbətlər apardıq. Çalışdıq kı, bu gün komanda yaxşı oyun göstərsin. Futbolçular da meydanda əllərdindən gələni etdilər. Komandada istək var idi". 

Stadium.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Yaşar Vahabzadə Finlandiyaya 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Təcrübəli mütəxəssis heyətdəki problemləri qeyd edib: “Heyətdə ciddi problemlərimiz var idi. Məcburiyyətdən müdafiəçini yarımmüdafiədə oynadırdıq. Meydana 3 dayaq yarımmüdafiəçisi ilə çıxmışdıq. Amma onların ikisi hücumameyilli futbolçu kimi çıxış edirdi. Gördünüz ki, 90 dəqiqə ərzində əvəzetmə etmədim. Çünki ehtiyat oyunçular skamyasında əyləşənlərin hamısı müdafiəçi idi. Hücumu gücləndirəcək futbolçumuzun olmaması bizə problem yaratdı”.

Vahabzadə I divizionun oyunlarını yaxından izlədiklərini vurğulayıb: “Biz Premyer Liqa ilə yanaşı, I divizondakı futbolçuları da diqqətdə saxlayırıq. Əvvəlki toplanışa aşağı liqadadan da futbolçu dəvət etmişdik. Lakin onlar ümidlərimizi doğrultmadılar. Daha doğrusu, U-21 səviyyəsində deyillər”.

Mümkün istefası barədə Vahabzadə bunları söyləyib: “Əgər işləyirsənsə, səhv olacaq. Təbii ki, mənim də səhvlərimiz var. Hər kəsin öz fikri var, hamının fikirlərinə hörmətlə yanaşıram. AFFA rəhbərliyi ilə görüşümüz olacaq. 2 oyunla bağlı hesabat verəcəyəm. Onlar da öz fikirlərini bildirəcəklər. Mənim istefamla nəsə düzələcəksə, olsun”. Futbolxeber.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail