"Qəbələ"dən 5 qələbə

15.10.2015 | 3060 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.

 

Stadium.az xəbər verir ki, son bir həftədə əyalət təmsilçilərinin iştirakı ilə 6 qarşılaşma baş tutub. Bunların 5-də qalib gələn komandalar yüksək məhsuldarlığı ilə də seçilib. Futbolçular 6 oyuna 48 qol vurub.

 

U-19 yeni mövsümə “Bakı” ilə səfər oyunu ilə start verib. Komanda məhsuldar keçən matçda 3:4 hesabı ilə uduzub. “Qırmızı-qaralar” sabah keçiriləcək II turda “Qarabağ”ı qəbul edəcək.

 

II turda AZAL-ı evdə 8:1 hesabı ilə məğlub edən U-17 altı xalla çempionatın lideridir. İzləyicilərini top fərqində qabaqlayan komanda oktyabrın 19-da “Vətən” RİOEUGİM-in qonağı olacaq.

 

U-16 Liqasının ilk turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ev oyununda 12:0 hesablı qələbə qazanıb. Komanda turun ən böyük hesabına imza ataraq liderliyi ələ alıb. Komanda oktyabrın 15-də “Əlincə”nin qonağı olacaq.

 

Ardıcıl 4 böyükhesablı qələbə qazanan U-15 komandası bu dəfə “Neftçi” PFK üzərində minimal fərqli səfər qələbəsi qazanıb – 2:1. 15 xalla top fərqinə görə 1-ci olan “Qəbələ” oktyabrın 16-da AZAL-ı qəbul edəcək. Komandanınüzvü Məhəmməd Məhərrəmov 8 qolla bombardirlər yarışında hamını qabaqlayır.

 

U-12, U-11 və U-10 komandaların çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında ilk turun oyunları keçirilib. U-12 Yevlax “UGİM-Rabitəçi”sini məğlub edib – 11:0. “Qırmızı-qaralar” II turda Şəki təmsilçisi “Şorsu” ilə qarşılaşacaq.

 

U-11 Liqasında “Qəbələ” ilk turda istirahət edib. Komanda ilk oyununu İsmayıllı UGİM-inə qarşı keçirəcək. İlk turda Zaqatala “Viktoriya”sı ilə qarşılaşan U-10 böyükhesablı qələbə qazanıb – 12:0. Komanda II turda Qəbələnin digər təmsilçisi UGİM-lə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail