"Kəpəz" - “Xəzər Lənkəran” STATİSTİKA NƏ DEYİR?

19.10.2015 | 4195 dəfə oxunub

Premyer Liqanın IX turu çərçivəsində, oktyabrın 24-də “Xəzər Lənkəran” səfərdə “Kəpəz” klubu ilə üz-üzə gələcək. Stadium.az xəbər verir ki, bu qarşılaşma cütlüyün tarixində 13-cü olacaq. İndiyə qədər keçirilən 12-görüşün hamısı çempionat yarışına təsadüf edib ki, bunların da 10-da “Xəzər Lənkəran” qalib gəlib, birində gəncəlilər sevinib və bir oyunda da qalib müəyyənləşməyib. “Kəpəz”in qapısına 21-dəfə yol tapa bilən “Xəzər Lənkəran” öz qapısında cəmi 8-top görüb.

Fəaliyyətində müəyyən fasilələr olan Gəncə təmsilçisi əvvəllər “Gəncə” klubu kimi, 2011/2012-mövsümündən başlayaraq isə “Kəpəz” futbol klubu adıyla ölkə çempionatı və kubok turnirində iştirak edib. Son iki mövsümü sponsor problemi ilə əlaqədar kənarda qalan klub cari mövsümdən başlayaraq yenidən ölkə birinciliyinə qatılıb. Yeri gəlmişkən “Xəzər Lənkəran” dekabrın 2-də Azərbaycan kubokunun 1/8 final mərhələsində məhz “Kəpəz”lə üz-üzə gələcək. Hələlik isə cütlük çempionatda münasibətlərə aydınlıq gətirəcəklər.

 

Aşağıda “Xəzər Lənkəran”ın Gəncə təmsilçiəri ilə görüşlərinin statistikası təqdim olunur:

 

2004/2005 mövsümü

“Xəzər Lənkəran” – “Gəncə” – 2:0

“Gəncə” – “Xəzər Lənkəran” – 0:1

 

2005/2006 mövsümü

“Xəzər Lənkəran” – “Gəncə” – 1:1

“Gəncə” – “Xəzər Lənkəran”- 1:2

 

2010/2011 mövsümü

“Gəncə” – “Xəzər Lənkəran” – 4:1

“Xəzər Lənkəran” – “Gəncə” – 1:0

 

2011/2012 mövsümü

“Xəzər Lənkəran” – “Kəpəz” – 1:0

“Kəpəz” – “Xəzər Lənkəran”- 1:4

 

2012/2013 mövsümü, təsnifat mərhələsi

“Xəzər Lənkəran” – “Kəpəz” – 4:0

“Kəpəz” – “Xəzər Lənkəran” – 0:1

 

2012/2013 mövsümü, final mərhələsi

“Kəpəz” – “Xəzər Lənkəran” – 1:2

“Xəzər Lənkəran” – “Kəpəz” – 1:0

Mənbə: 12-cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail