Tərlan Əhmədov üçün yubiley oyunu

19.10.2015 | 3493 dəfə oxunub

AAz'rbaycan Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran”la oyunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün yubileylə əlamətdar olub. 44 yaşlı mütəxəssis komandasının 1:3 hesabı ilə uduzduğu qarşılaşmada paytaxt təmsilçisini 50-ci çempionat oyununa çıxarıb. Bunadək Premyer Liqada 49 görüşdə AZAL-a rəhbərlik edən Əhmədov 11 qələbə, 15 heç-heçəyə nail olubsa, 24-cü dəfə məğlubiyyətə üzülüb. Onun yetirmələri 44 qol vurub, 64-nü buraxıb. 2013/14 mövsümünün “Bakı” ilə ev oyununda (1:2) AZAL-ın baş məşqçisi postunda debüt edən çalışdırıcı bu vəzifədə 50-yə çatan 4-cü baş məşqçidir.  Belə ki, 11-ci mövsümdür Premyer Liqada çıxış edən AZAL-a bu oyunlarda 10 məşqçi rəhbərlik edib. Onlardan yalnız üçü - Əsgər Abdullayev (87), Vaqif Sadıqov (63) və Nazim Süleymanov (53) paytaxt təmsilçisinin “sükanı arxasında” Əhmədovdan əvvəl 50-ni keçib. (pfl-in saytı)

 

mövsüm

O

Q

H

M

T/F

X

2013/14

10

0

5

5

4-11

5

2014/15

32

10

9

13

37-42

39

2015/16

8

1

1

6

3-11

4

Cəmi

50

11

15

24

44-64

48




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail