"İclasa dəvət olunmamışdım"- AÇIQLAMA

21.10.2015 | 2525 dəfə oxunub

"Məşqçilər Komitəsinin bu gün keçirilən iclasında U-21-lə bağlı hansı müzakirələrin aparılmasından xəbərdaram. İclasa dəvət olunmamışdım. Daha əvvəl Məşqçilər Komitəsi ilə ayrıca görüşümüz oldu. Komitə üzvlərinə seçmə mərhələdəki son 2 oyunla bağlı hesabatımı yazılı şəkildə təqdim etmişəm".
 
Stadium.az xəbər verir ki, futbolxeber.az saytına açıqlamasında bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, texniki direktor Bernhard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, seleksiya işləri üzrə baş koordinator Riad Rəfiyev və Məşqçilər Komitəsinin sabiq üzvü Şahin Diniyev iştirakı ilə iclas keçirilib. İclasda aparılmış müzakirələrdən sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı iki oyununda səhvlərdən nəticə çıxarılması, komandanın oyunlara daha yaxşı hazırlanması üçün bütün imkanlardan istifadə edilməsi tövsiyə olunub. Həmçinin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya yığması ilə səfər oyununa gedən futbolçuların müvafiq gündəlik xərclərinin ödənilməməsi qərara alınıb.

Vahabzadə bu qərarın düzgün olduğunu bildirib: "Təbii ki, bu qərarı düzgün sayıram. Mən özüm də cəzanın tərəfdarıyam. Komanda o cür hesabla məğlub olmamalıdır. Futbolçuları başqa hansı şəkildə cəzalandıra bilərik ki? Ona görə də ən düzgün cərimə növü indiki halda elə gündəlik xərclərinin ödənilməməsidir".

İclasda həmçinin U-21-in Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılmasının vacibliyi vurğulanıb. U-21-in çalışdırıcısı bununla bağlı da danışıb: "Konkret olaraq 4 futbolçu toplanışa yollana bilmədi. Bunlar Coşqun Diniyev, Elşən Abdullayev, Orxan Əliyev və Seymur Əsədovdur. "İnter"dən Abbas Hüseynov da zədəli idi. Lakin o komandayla birgə toplanışa yollandı, hətta məşqə də çıxdı. Zədəsi oynamağa imkan vermədi. Burada söhbət futbolçuların millidən imtina etmələrindən getmir. Onlar zədəyə görə yığmaya kömək edə bilməyiblər".

"Bəs, araşdırma hansı üsulda aparılacaq" sualını Yaşar Vahabzadə belə cavablandırıb: "Adıçəkilən futbolçularının klublarının həkimləri ilə görüş olacaq. Müzakilərə aparılacaq, eləcə də futbolçuların müayinədən keçmələri barədə sənədlərə baxılacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail