"Fransaya yaxşı oyun göstərməyə gedirik" - Qurban Qurbanov

21.10.2015 | 3129 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Fransada “Monako” klubunun qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibə verib.

 
- Müəyyən qədər Fransa təcrübəniz olsa da, çətin görüşə çıxacaqsız. Komandanızın hazırkı vəziyyəti necədi və “Monako” ilə səfər qarşılaşmasında “Qarabağ”dan hansı nəticəni gözləmək olar?
 
- Həqiqətən də, çətin səfərdi. Komandanın durumu pis deyil, tam hazırlaşa bilmişik. “Monako” fərqli rəqibdi, Avropa təcrübəsi olan komandadı. Güclü futbolçulara sahibdilər. Amma mən öz komandama inanıram. Futbolçuların hazırlıq səviyyəsindən razıyam. Fransada yaxşı oyun göstərməyə çalışacağıq.
 
- “Monako” üzərindəki qələbə bizim üçün xəyaldı, yoxsa?
 
- (Gülümsəyir). Xəyal demək də düzgün çıxmaz, mümkündü demək də. Amma həyatda mümkünsüz heç nə yoxdu. Sona kimi mübarizə aparacağıq. Yaxşı nəticə əldə etmək üçün meydanda düzgün çalışmaq lazımdı. Futbolçuların ən doğrusunu edəcəklərinə inanıram.
 
- Reynaldo zədələndiyindən, bu görüşdə iştirak edə bilməyəcək. Onun yoxluğu “Qarabağ”a problem yaratmayacaq ki?
 
- Təkcə Reynaldo yox, ümumiyyətlə, hər bir futbolçunun zədələnməsi, heyətdən kənarda qalması komanda üçün problem yaradır. Dəfələrlə demişəm ki, əlindəki futbolçuların sayı çox olduqda düşündüklərini həyata keçirmək daha asan olur. Bu, baş məşqçinin işini asanlaşdırır. Reynaldo kimi oyunçunun belə bir görüşöncəsi birdən-birə sıradan çıxması pis oldu. Onun yoxluğu əvvəlcədən düşündüyümüz planları həyata keçirməyimizə hardasa mane ola bilər. Amma buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Digər futbolçuların layiqli oyun göstərəcəklərinə əminəm. “Monako” ilə matçın mahiyyətini hamı bilir, hər bir futbolçumuz özündə məsuliyyət hiss edir. İnşallah, komanda Fransada öz oyununu göstərib, yaxşı nəticə əldə edə biləcək.
 
- Uzun müddətdən sonra zədəsini sağaldaraq, heyətə qayıdan Çumbinyo “Monako” ilə matçda iştirak edəcəkmi?
 
- Bilinmir hələ. Bununla bağlı qərarımızı verməmişik.
 
- Razısız ki, “Qarabağ”ın qrupdan çıxmaq taleyi məhz bu oyundan asılıdı? Məğlubiyyətlə üzləşəcəyiniz halda, işiniz daha da çətinləşəcək...
 
- Deməzdim ki, komandanın qrupdan çıxmaq məsələsi sırf bu oyundan asılıdı. İştahamız pis deyil (gülür). Qrupa düşəndə, rəqiblərimiz bilinəndə tam əksini söyləyirdik. Amma bir qələbədən sonra fikrimiz dəyişdi. “Anderlext”lə matçdan sonra gördük ki, şansımız var. Amma bu gün onu düşünmürük. İndiki məqamda bizi “Monako” ilə görüş maraqlandırır. Bütün fikrimizi bu oyuna yönəltmişik. apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail