Rəşad Eyyubov "Xəzər Lənkəran"la oyunu dəyərləndirdi

22.10.2015 | 2804 dəfə oxunub

“Lənkəran klubuna qarşı oyunumuz ağır olacaq. Rəqib yaxşı komandadır. Sonuncu çempionat oyununda bunu bir daha göstərdilər”.


Stadium.az xəbər verir ki, bu sözlər “Kəpəz”in futbolçusu Rəşad Eyyubova məxsusdur. Klubun mətbuat xidmətinə danışan yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində oktyabrın 24-də Gəncədə komandasının “Xəzər Lənkəran”la qarşılaşacağı oyunla bağlı fikirlərini bölüşüb:


“Oyuna hazırlığımız davam edir, ümid edirəm ki, arzuladığımız nəticəni əldə edəcəyik. Rəqibimizin heyətində istedadlı gənclərlə yanaşı, təcrübəli, tanınmış futbolçular da var. Onlardan Rahid Əmirquliyev, Rasim Ramaldanov, Adrian Skarlatakenin adını çəkmək olar. Maraqlı oyun gözlənilir”.


“Xəzər Lənkəran” Rəşad Eyyubova daha yaxından tanış komandadır. Belə ki,  mövsümlərarası fasilə dövründə orta xətt oyunçusu cənub klubuna transfer edilmişdi. Amma Lənkəran təmsilçisinə qoyulan məlum transfer qadağası səbəbindən debüt etmədən klubdan ayrılmalı oldu. Son nəticədə isə Eyyubov “Kəpəz”ə keçdi: “Onların üstün və ya  zəif cəhəti haqda danışmaq istəmirəm. Çünki baş məşqçimiz bunları bizdən daha yaxşı bilir. Oyundan öncə buna da uyğun tapşırıqlarını verəcək”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail