Toni Adamsla Premyer Liqada 40-cı dəfə

29.09.2011 | 4942 dəfə oxunub

Premyer Liqanın VIII turu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams üçün əlamətdar olacaq. Stadium.az xəbər verir ki, böyük britaniyalı mütəxəssis çempionatımızda yubiley – 40-cı oyununda iş başında olacaq.

2005-ci ildə yaranan klubun tarixinə 3-cü baş məşqçi kimi düşən Adams “Rəvan”la qarşılaşmayadək 39 matçda “Qəbələ”nin “sükanı arxasında” olub. 2010-cü ilin yayında müqavilə bağladığı komandanı ötən mövsümün 32 görüşünə çıxaran ingilis çalışdırıcı bu il 8-ci matçda 40 həddinə çatacaq.

Bu ev oyununadək qəbələlilər Adamsın rəhbərliyi altındakı çempionat matçlarında 16 qələbə qazanıb, 14 heç-heçə edib və 9 dəfə uduzub.

“Qəbələ” Toni Adamsın rəhbərliyi altında Premyer Liqada

mövsüm                                  O     Q    H   M     TOP      X

2010/11, təsnifat mərhələsi   22    8    7    7    19-14    31

2010/11, final mərhələsi         10    5    5     0   12-4      20

2010/11, cəmi                         32   13   12    7  31-18    51

2011/12                                    7    3     2      2  7-7        11

Cəmi                                          39  16  14     9  38-25    62

Əsas komandanın baş məşqçisi Adams kimi əvəzedici heyətin çalışdırıcısı DARİL Villard da “Qəbələ”də 40-cı oyununu keçirəcək. İndiyədək onun rəhbərlik etdiyi əvəzedicilər 39 matçda 21 qələbə qazanıb, 9 heç-heçə edib və eyni sayda da uduzub. Onun yetirmələri 77 qol vurub və 43-nü buraxıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail