“Xəzər Lənkəran”la oyun bizim üçün çox vacibdir"

24.10.2015 | 2344 dəfə oxunub

"Bütün oyunlara olduğu kimi qarşıdakı matça da eyni istəklə hazırlaşmışıq. Həftə boyunca komanda səylə məşq edib. “Xəzər Lənkəran”la oyun bizim üçün çox vacibdir. İki ardıcıl qələbədən sonra uğurlu çıxışımızı davam etdirmək istəyirik”.

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə açıqlamasında belə deyib. 

49 yaşlı mütəxəssis futbolçularının Premyer Liqanın 9-cu turu çərçivəsində “Xəzər Lənkəran”la keçiriləcək matçın mahiyyətini başa düşdüyünü söyləyib: “Uşaqlar qarşıdakı oyunun bizə nə verəcəyini yaxşı anlayırlar. Ona görə də deyə bilərəm ki, bizi çox çətin oyun gözləyir. Onlarla aramızdakı fərq 2 xaldır. Bu üzdən matç 6 xallıq oyuna bərabərdir”.

Komandanın heyətində cəzalı futbolçu olmasa da, itki var. Kərim Diniyev zədəlidir. Bu səbəbdən yarımmüdafiəçi lənkəranlılarla görüşdə “sarı-göylər”ə kömək edə bilməyəcək: “Kərimin yoxluğu bizə təsir edib. Çünki müdafiəyə meylli başqa orta xətt oyunçumuz yoxdur. Bununla belə onun yerini doldurmağa çalışacağıq” - deyə Ş.Diniyev bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail