Elxan Məmmədov: "Bizim pivəmız də artıq brendə çevrilir"

24.10.2015 | 2276 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi

- Sizə kanardan baxanda futbolda  yox, hansısa bir bankda calışan rəhbər işçiyə bənzəyirsiz. Hər zaman dəbli kostyumlar geyinirsiniz, bahalı və zövqlü aksesuarlar taxırsınız. Bu geyim tərzi  sizdə hardan yetişib: Mançesterdə kecirdiyiniz tələbəlik illərindən, yoxsa Bakıdakı məktəb vaxtlarından?

- Düşünürəm ki, bu, ailədə aldığım tərbiyə, üstəgəl illərcə formalaşan zövqdür. Mən heç zaman hansısa brend dalınca qaçmamışam, mənin üçün əsası geyimin rahatlığı və ürəyimcə olmasıdır. Brendlərə gəldikdəsə, illər boyu hər məhsulunu xoşladığım cəmi bir firma olub - "Tommy Hilfiger”. Yeri gəlmişkən, mənim kostyumlarım yerli maldı. Düşünürəm, onları da yerli bir  brend hesab etmək olar. Nəinki mən, bizim milli yığma komandasının bütün oyunçuları artıq dördünçü ildir ki, həmin brendin kostyumlarını geyinir, halbuki bir neçə türk firmaları ilə müqavilə imzalaya bilərdik. Hesab edirəm ki, bununla biz yerli brendləri dəstəkliyirik.
 
- Azərbaycanın daha hansı istehsalı brendə cevrilə bilər və biz onlarla fəxr edə bilərik?

- Bilirsiniz, məsələn hər bir əcnəbi digər ölkəyə gələrkən pivə sifariş verəndə, mütləq yerli pivə sifariş edir. Və bu pivədən bir ədəd içərək birini də sifariş edirsə, deməli yerli pivə xoşuna gəlir. Bu gün bizim öz pivəmiz belə bir vəziyyətdədir və bizim pivəmız də artıq brendə çevrilir. Alkoqolsuz içkilərdən isə ölkə xaricində tanınmaq şansı daha çox nar və heyva şirələrindədir. Bu növ mallarımızı düzgün təbliğ etsək, onları da ölkəmizin brendinə çevirə bilərik. Və bu gün xaricdə olarkən Azərbaycan istehsalı olan nar şirələrinə rast gələndə qürur duyuram.
 
- Sizinlə görüşüb futboldan danışmamaq Parisə gedib Eyfel qülləsinə qalxmamaq kimi bir şeydir. Bəlkə deyəsiniz, bu gün futbolumuzda brend oyunçular varmı və ya ona çevrilə biləcək futbolçu yetişirmi?

- Belə müqayisəyə görə təşəkkür edirəm (gülür). Bəli, bizdə belə insan var - o da mübahisəsiz ki, Rəşad Sadıqovdur! Və təəssüf ki, o bundan minimum yararlanır. Ona görə ki, milli komandamızın həm kapitanıdır, həm də 2001-ci ildən yığmada oynayan və futbolçularımızdan ilk olaraq milli komandada 100 oyun keçirən bir idmançıdır.
 
- Lakin bu 100 oyunun ən azı səksən faizi məglubiyyətlə bitib…

- Onun məsələyə heç bir aidiyyatı yoxdur! Rəşad bizim futbol azarkeşlərinin gözündə qalibdir və hər zaman qalib kimi də qalacaq. Bəlkə də o, statistikaya görə çıxış etdikləri oyunların çoxunda məğlub olub, lakin o, kapitandır, liderdir və yenə də deyirəm, müasir futbolumuzun əsl brendidir. Necə ki, yaxın keçmişdə brend Zaur Tağızadə idi, ondan qabaq Vəli Qasumov və Nazim Suleymanov idilər. Sadəcə, onların vaxtında futbola bu qədər fikir verən yox idi, futbol indiki kimi təbliğ olunmurdu. O ki qaldı gələcəyin brendlərinə, düşünürəm ki, Bədavi Hüseynov Rəşad Sadıqovun yerini tuta bilər. Bədavi artıq bu gün Rəşadla gözəl tandem təşkil edir.
 
- Məlum hadisələrdən sonra biz Cavid Hüseynov kimi brendə çevrilə biləcək futbolçunu itirdik…


- Biz itirmədik, o özü itirdi. İnanıram ki, onun məsələsi üzrə ədalətli qərar qəbul olunacaq. Qərar necə olacaq, bunu deyə bilmərik, çünki istintaqın gedişini bilmirik. Bircə onu deyə bilərəm ki, Cavid yaxşı idmançıdır.
 
- Elxan Məmmədov 2005-ci ildə və indi... Yaşdan və vəzifədən başqa nəyiniz dəyişdi?

- Sözsüz ki, daha səbrli olmuşam. Nəinki insanlara, işimə qarşı da. Əvvəl məni keyfiyyətdən çox işin öhdəsindən tezliklə gəlmək maraqlandırırdısa, indi ilk növbətə işin keyfiyyətlə başa çatmasını düşünürəm. Və əlbəttə ki, təcrübəm çoxalıb. Bu da ona gətirir ki, etibar etdiyim insanların sayı ildən-ilə azalır.
 
- Prosineçki də, Berti Foqts da millimizlə üç günə iki oyunu uduzublar. Onda Prosineçkinin Foqtsdan nəyi yaxşıdı? Yalnız qonorarı ondan az alduğuna görə?

- Bildiyiniz kimi, Prosineçki köməkçiləri ilə birgə bizə ildə 1100 000 avroya başa gəlir. Və yalnız riyazi cəhətdən bu məsələyə baxsaq,  onda Prosineçkinin rəhbərliyi altında biz altı oyunda 6 xal qazandıq, amma alman mütəxəssisinin rəhbərliyi altında ötən seçmə mərhələdə 10 oyuna 9 xal.Yəni, qiyabi olaraq Prosineçki bu seçmə mərhələsində əvvəldən işə başlasa idi, bəlkə də Foqtsdan daha yaxşı nəticə göstərə bilərdi. Lakin futbolda lift yoxdu və hər bir nəticəni əldə etmək üçün mərtəbələri pillə-pillə qalxmaq lazımdı. İndi də biz bunu xorvatiyalı mütəxəssizlə birgə edirik. Hesab edirəm ki, indi onları müqayisə etmək bir qədər tezdir. Əlbəttə, biz də İslandiya, Şimali İrlandiya kimi sonuncu səbətdən birinci səbətə "tullanmaq” istərdik, amma bunlar daha çox istisnadır, nəinki qayda.
 
- Nəhayət, sonuncu sualım. Milli yığma komandanın futbolçularının aldığı qonorarlar haqqında müxtəlif şaiyələr gəzir, bəzən əfsanəyə daha çox oxşayır. Misal üçün, Şimali İrlandiyaya 2:0 hesabı ilə qələbəmizdən sonra hər bir oyunçuya 80 000 dolların verilməsindən danışıram. Doğrudanmı, heç bir əhəmiyyət kəsb etməyən qələbəyə görə hər futbolçu belə məbləğlə mükafatlanıb?

- Bu, doğrudan da əfsanədi (gülür). Əlbəttə, biz futbolçuları qələbəyə görə mükafatlandırdıq, amma o məbləğ siz deyən məbləğdən ən azı bir-neçə dəfə aşağı idi. Bur də onu qeyd etmək istərdim ki, futbolçuların qonorarı bir-birindən fərqlənmir və məsələn, qol vuran oyunçu da, qapıçı da, müdafiəçi də eyni miqdarda pul alır. Bu bir qaydadı və bunu pozmağa ehtiyac yoxdu.

Mənbə: atv.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail