"Qalib gəlmək üçün öz oyunumuzu nümayiş etdirməliyik”

25.10.2015 | 2213 dəfə oxunub

“Çətin və maraqlı oyun olacaq. Çünki “Zirə” debütant olmasına baxmayaraq, cari mövsümdə yaxşı oyun nümayiş etdirir”.


Stadium.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Ermin Zets Premyer Liqamızın 9-cu turunda bu gün “Zirə” ilə keçiriləcək oyun haqda danışarkən deyib.


Bosniyalı hücumçu klubun saytına açıqlamasında bildirib: “Düşünürəm ki, futbolçuların ustalıq səviyyəsinə görə rəqibdən üstünük. Həm də dövrənin son qarşılaşmasını öz meydanımızda keçirəcəyik. Bu görüşdə qələbə qazanmalıyıq. Çünki azarkeşlərimiz önündə 3 xal əldə etməliyik. Bunun üçün bacarığımızı ortaya qoyacağıq. Qalib gəlmək üçün öz oyunumuzu nümayiş etdirməliyik”.

 

Zets UEFA Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə keçirilən oyununu da (1:3) xatırlayıb: “Görüşün əvvəlində qol vurmaq üçün 2-3 çox yaxşı imkanımız oldu. Adətən belə imkanları qaçıran komanda sonda uduzur. Bizim oyunda da belə oldu. Əminliklə deyə bilərəm ki, ən yaxşı oyunlarımızdan birini keçirdik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail