Ölkə çempionatı tarixində 7-ci

26.10.2015 | 2415 dəfə oxunub

Ardıcıl 21 çempionat oyununda meydanı qolsuz tərk etməyən “Qəbələ”nin seriyası qırılıb.

Stadium.az xəbər verir ki, Roman Qriqorçukun komandası Azərbaycan Premyer Liqasının 9-cu turunun “Zirə” ilə qarşılaşmasında rəqib qapısına yol tapmayıb – 0:0. 2015-ci il fevralın 10-da ötən mövsümün “Simurq”la səfər görüşündə 0:2 hesabı ilə uduzduqdan sonra hər matçda fərqlənən “qırmızı-qaralar” bu müddətdə 42 qol vurmuşdu.

“Qəbələ” bu göstəricidə milli çempionatlar tarixinin 7-ci nəticəsini təkrarlayıb. Əyalət təmsilçisi “Kəpəz”in 1994-cü ildəki göstəricisinə şərik olub.

Milli çempionatların 23 illik tarixinin rekordu 1994-95-ci illərdə ardıcıl 33 oyun qol vuran “Turan”a məxsusdur. “Şəmkir” 28, “Neftçi” və “Kəpəz” 25 oyunluq qollu seriyaya məxsusdur. Bundan başqa, Gəncə təmsilçisinin 23, “ağ-qaralar”ın 22 matçlıq seriyası da var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail