"Qəbələ" AZAL-la oyunun hazırlıqlarına start verdi

27.10.2015 | 2349 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının 10-cu turunun AZAL-la oyununun hazırlıqlarına başlayıb. 

Stadium.az xəbər verir ki, 9-cu turda “Zirə” ilə baş tutan oyundan (0:0) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda hazırlıq keçib. 

Səhər baş tutan məşqdə komanda iki qrupda çalışıb. “Zirə” ilə matçın iştirakçıları fiziki və bərpaedici hazırlıq keçibsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular hazırlıqda iştirak edib. “Qəbələ” bu gün səhər növbəti məşqini keçəcək.

Xatırladaq ki, oktyabrın 28-də keçiriləcək “Qəbələ” – AZAL oyunu saat 17:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail