"90 dəqiqə boyu qələbə üçün mübarizə apardıq"

27.10.2015 | 2317 dəfə oxunub

“Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. 90 dəqiqə boyu qələbə üçün mübarizə apardıq. Amma təəssüf ki, sonda iki xal itirdik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, qələbə qazanaraq, itirilən xalların əvəzini çıxmalıyıq”.

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Elvin Camalov klubun saytına Azərbaycan Premyer Liqasının 9-cu turunda "Zirə" ilə bərabərə qaldıqları oyunu şərh edərkən deyib.

E.Camalov I dövrənin yekunu haqda da danışıb: “Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdur. Mövsümün böyük hissəsi hələ irəlidədir. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.


O, II dövrənin ilk oyunu haqda fikirlərini açıqlayıb. E. Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib: “Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldır. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail