"Qarabağ" - "Turan": 40-cı görüş

29.09.2011 | 7044 dəfə oxunub

"Qarabağ" Azərbaycan Premyer Liqasının növbəti turunda yubiley oyuna çıxacaq. Stadium.az xəbər verir ki, ağdamlılar “Turan”la milli çempionatlar tarixində 40-cı dəfə görüşəcək. 1992-ci ildən keçirilən çempionatımızın hamısında iştirak edən əyalət təmsilçiləri ilk dəfə “Dalğa Arena”da üzləşəcəklər. 

“Qarabağ” – “Turan” rəqabətində ilk oyun Ağdamda baş tutub. 1992-ci ildə ilk çempionatda keçirilən həmin görüşdə 1:1 hesabı qeydə alınıb. Mayın 18-də Əmir Zamanovun idarə etdiyi oyunda Mahir Əliyev “Qarabağ”ı 5-ci dəqiqədə hesabda öncə keçirsə də, sona 4 dəqiqə qalmış qonaqlar Rüfət Quliyevlə hesabı bərabərləşdirə biliblər. Tovuzdakı oyun iyulun 13-də keçirilib və Gülağa Cabbarovun idarə etdiyi, 5000 azarkeşin izlədiyi görüşdə meydan sahibləri Vidadi Rzayev və Sakit Alıyevin qolları ilə 2:0 hesablı qələbə qazanıb.

Ağdamlılar rəqibi üzərində ilk qələbəsini tarixində ilk çempionluğu qazandığı 1993-cü ildə əldə edib. Həmin vaxt 2-ci çempionat fərqli formatla keçirildiyindən, bu 2 komanda təsnifat mərhələsində üz-üzə gəlməyib. Həmin mövsüm yalnız 1 görüş olub və oyunların sayının tək olması məhz bununla bağlıdır. Sumqayıtda, Mehdi Hüseynzadə adına stadionda baş tutan yeganə yarımfinal oyununda “Qarabağ” 102-ci dəqiqədə hazırda məşqçisi kimi çalışan Yaşar Hüseynovun vurduğu qolla qalib gələrək, finala yüksəlib – 1:0. 

Ağdam işğal olunan 1993-cü ildə “Qarabağ”la “Turan” çempionatla yanaşı, kubokun da ½ mərhələsində qarşılaşıb. Mayın 12-də Ağdamda 8000 azarkeşin izlədiyi oyunda yenə Hüseynovun vurduğu yeganə qol qələbə gətirib. Cavab görüşündə isə Mahir Əliyev və Mehman Alışanovun vurduğu qolla 2:1 hesabı ilə qalib gələn “Qarabağ” finala yüksəlib və sonda “İnşaatçı”nı (Sabirabad) Müşfiq Hüseynovun qolu ilə məğlub edərək, “qızıl dubl”u reallaşdırıb.

Sabah “Qarabağ” 3 xal qazansa, rəqib üzərində 18-ci dəfə qələbəsinə sevinəcək. “Turan” isə arxada qalan 39 oyunda 14 dəfə qalib gəlib. Amma tovuzlular bunun 3-ü texniki qələbə hesabına qazanıb. 1995/96, 98/99 və 2000/01 mövsümlərində qeydə alınan həmin texniki qələbələr “Qarabağ”ın ağır durumlarında qeydə alınıb. 

Maraqlıdır ki, “Turan”ın 3 böyük hesablı qalibiyyətinin 2-ni məhz həmin mövsümlərdə qazanıb - 1995/96-da 0:3, 2000/01-də 2:5. Tovuzlular “Qarabağ” üzərində ən böyük qələbəsini 2004/05 mövsümünün son turunda qazanıb - 4:0. 

Əvəzində “Qarabağ” 4 dəfə eyni uğura imza atıb. Belə ki, komanda 1997/98-də 5:1, 2001/02-də 5:2, 2003/04-də isə 4:0-lıq qələbələr qazanıb. Tərəflər arasında ötən mövsüm fevralın 25-də Tofiq İsmayılov Suraxanı qəsəbə stadionunda baş tutan görüşdə isə “Qarabağ” tarixində 4-cü dəfə “Turan” böyük hesablı məğlubiyyətə uğradıb - 5:1. 

Ümumiyyətlə, “Qarabağ” son illərdə “Turan”a qarşı çox uğurlu çıxış edir. Təsadüfi deyil ki, komanda çempionatda rəqibinə sonuncu dəfə 2006/07 mövsümündə məğlub olub. 2006-cı ilin dekabrın 13-də Tovuzdakı görüşdə Böyükağa Ağayevin baş məşqçisi olduğu komanda 1:3 hesabı ilə uduzub. Ağayevin sonuncu oyununda “Qarabağ”ın yeganə qoluna imza atan Müşfiq Hüseynov bununla da karyerasını bitirərək, komandada məşqçilik karyerasına başladı. Bir sözlə, “Qarabağ” 5 ildir “Turan”a məğlub olmur.

Ağdamlıların “Turan”a sonuncu ev məğlubiyyətindən isə 10 ildən çox keçir. 2001-ci ilin mayın 5-də OİK stadionda qeydə alınmış 2:5 hesablı məğlubiyyət sonuncudur. “Qarabağ” bundan sonra tovuzlularla 9 ev oyununda məğlubiyyət görməyib. Ümumiyyətlə, Ağdam təmsilçisi sonuncu dəfə rəqibinə 2007/08 mövsümündə xal verib - 0:0. “Qarabağ” bundan sonrakı 6 görüşün hamısında qalib gəlib. 39 görüşdə 51 qol vuran ağdamlılar 39 dəfə qapısından top çıxarıb. 

Komandalar 5 kubok mövsümündə görüşüb. “Qarabağ” baş tutan 9 oyunun 7-də qələbə qazanıb, 1-də məğlub olub. Baş tutan yeganə heç-heçə isə ötən mövsüm qeydə alınıb - 0:0. Penaltilərlə növbəti mərhələyə çıxan “Turan” ilk dəfə rəqibini keçib. Kubokda topların fərqi 14-5 “Qarabağ”ın xeyrinədir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail