“Kəpəz” - “Qəbələ” görüşünün yeri dəyişdirildi

29.10.2015 | 2667 dəfə oxunub

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan Premyer Liqasının XI turunda keçirilməli olan “Kəpəz” – “Qəbələ” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.  

Stadium.az xəbər verir ki, buna səbəb yağışlardan sonra Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. 

Bunu və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən PFL görüşün yerini dəyişib. 11-ci turun matçı “Qəbələ” – “Kəpəz” kimi, 3-cü dövrənin 19-cu turunun matçı isə “Kəpəz” – “Qəbələ” kimi qeydə alınacaq. 

Qeyd edək ki, "Kəpəz"lə matç "Qəbələ"nin Premyer Liqada ardıcıl 3-cü ev oyunu olacaq. "Qırmızı-qaralar" 9-cu turda öz meydanında "Zirə"ni, 10-cu turda isə AZAL-ı qəbul edib. Hər iki oyun 0:0 hesabı ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail