Rəşad Sadıqov: "Ev oyunlarımızda komandamız bir az stres keçirir"

30.10.2015 | 2876 dəfə oxunub

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov  Azərbaycan Premyer Liqasının 10-cu turunda "Rəvan"a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərə müsahibə verib: 


- Çoxları “Rəvan”ı asanlıqla məğlub edəcəyinizi düşünürdü. Amma deyəsən, çempionatın autsayderi sizə çətinlik yaratdı.

- İndi çempionatda asan rəqib yoxdur. Bunu keçən turda da gördük. Heç kim gözləmədiyi halda ”Qəbələ” də, biz də xal itirdik. "Rəvan"la oyunumuz da oldu. Bütün bunlar göstərir ki, çempionat gərgin keçəcək.

Çempionluq yolunda əsas rəqibiniz "Qəbələ"  son turda da xal itirdi. Bu "Qarabağ"ın nə dərəcədə işinə yaraya bilər?

- Avroliqanın davam etdiyi müddətdə həm "Qəbələ", həm də "Qarabağ" üçün çətin olacaq. Gördüyünüz kimi, bu gün də  istədiyimiz oyunu göstərə bilmədik. Qələbə qazansaq da, bunu çətinliklə bacardıq. Çempionat sıx qrafiklə keçirilir. Üstəlik Avroliqa oyunlarında futbolçular çox yorulur. Heyətdə də məcburi dəyişikliklər etməyə məcbur oluruq. Ona görə bu müddətdə qazanılan xalların əhəmiyyəti çox böyükdür.
 
- Premyer Liqanın 9-cu turunda "Sumqayıt"a məğlub oluduğunuz üçün baş məşqçiniz bu oyunda əsas heyət futbolçularına üstünlük vermişdi?

- Hər zaman Avroliqada səfər oyunundan sonra baş məşqçimiz əsas heyət futbolçularına istirahət verir. Xüsusilə də bu mövsüm belə addım atmaq məcburiyyətində qalırıq. Bunun da əsas səbəbi ağır oyunların olması, yol yorğunluğu olur. Həm də zədəlilərin sayının artmaması üçün bu addım atılır. Ona görə də məşqçilər ağır səfər oyunlarından sonra əsas heyət futbolçularını qoruyur. Belə hallar gələcəkdə də baş verəcək. Heyətimiz də genişdir. Hamıya oynamaq üçün şans vermək lazımdır. "Sumqayıt"la oyunda komandamız yaxşı oynadı, sadəcə, qol epizodlarından istifadə edə bilmədik. Rəqib də əzmkar futbol oynadı və layiqli 3 xal qazandı.
 
- Reynaldonun zədələnməsindən sonra hücumda “Qarabağ”ın əsas  qol ümidi Armenterosdur. Çünki digər hücumçu Raydel Pupon demək olar ki, bu mövsüm heç nə ilə yadda qalmayıb. Razısan?

- Əslində Puponun qol vurmaq üçün imkanları olur. “Sumqayıt”la matça  pis oynamadı. Fikirləşirəm ki, Pupon 1-2 qol vursa, özünə gələcək, özündə inam yaranacaq. Hücumçu üçün qol vurmaq çox vacibdir. Hər iki futbolçunun komandaya xeyiri olacağına inanıram.
 
- Avroliqada "Monako" ilə oyunöncəsi komandada atmosfer necədir?

- Hər şey qaydasındadır. Səfərdə “Monako”ya məğlub olduq.  Başa düşürük ki, hamı evdə bizdən qələbə gözləyir. Amma bu tip oyunlarda qələbə qazanmaq asan deyil. Səfərdə də yaxşı oynadıq, ancaq qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə bir səhvimizdən istifadə edib bizi cəzalandırdı. Bu oyuna ciddi hazırlaşacağıq, yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
 
- Ötən mövsüm Avropa Liqasında “İnter”lə oyundan öncə bildirmişdin ki, futbolçulara psixoloji təsir çoxdur. Hamı bizdən qələbə gözləyir və bizi məsuliyyət altına salır.  "Monako" ilə oyun da çox əhəmiyyətlidir və azarkeşlər sizdən yaxşı nəticə tələb edəcək. Çünki  bu matç bəlkə də qrupdan çıxmaq üçün son şansdır.

- Biz sona qədər mübarizə aparacağıq. Qrupdakı durumu yaxşı başa düşürük. Ona görə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Məncə, yaxşı olacaq. 
 
- Artıq "Monako" ilə bir dəfə oynamısınız. Cavab oyununda nəyəsə ümid eləmək olarmı?

- Ümid həmişə var. Hər bir komandayla oynaya bilərik.  Sadəcə, ev oyunlarımızda komandamız bir az stres keçirir. Buna da səbəb 30 min azarkeşimizin bizdən qələbə gözləməyidir. Bu, bizdə məsuliyyəti artırır. Monakoda çox rahat oynayırdıq. Amma bilirəm ki, Bakıdakı oyunda biraz təzyiq olacaq. Hamı səbirli olmalıdır. Eyni zamanda futbolçularımız da. “Monako” elə komanda deyil ki,  ilk dəqiqələrdən basqılı oyun oynayaq, bir-iki qol vurub oyunun taleyini həll edək.


- Fransa çempionatındakı oyunlarda vurduğu qollarla “Monako”nun heyətində xüsusi seçilən bir futbolçu yoxdur. Bir müdafiəçi kimi rəqibin heyətində  ilk oyundan sonra sən kimi fərqləndirərdin?

- Məncə, Traore çox təhlükəli futbolçudur. Rusiya çempionatından da onu xatırlayıram. Hər zaman müdafiəçilərə başağrısı olub. Bizimlə oyunda da bir səhv buraxdıq və dərhal ondan istifadə etdi. Bu tip hücumçulara qarşı oynamaq hər zaman çətindir. Bundan başqa Moutinyo, Bernardo və El-Şaaravi kimi təhlükəli futbolçular var. Bu futbolçulara qarşı çox diqqətli olmalıyıq. Adi bir səhvdən bizi cəzalandıra bilərlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail