Lənkəran klubundan 4 oyun 4 qələbə

30.10.2015 | 3101 dəfə oxunub

Geridə qalan həftə “Xəzər Lənkəran”ın aşağı yaş qrupları üçün növbəti uğurlu həftə kimi yaddaşda qaldı. Ölkə çempionatında çıxış edən 4 qrupun hər biri qələbə qazana bildi.

 Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bazar ertəsi Ağadadaş Həmidovun rəhbərlik etdiyi U-17 komandası “Bakı”nı qəbul etdi. Matçın başlanğıcında komandalar az qala hər fürsəti qola çevirmək qərarına gəlmişdilər – ik 10 dəqiqədə artıq 2:2 hesabı qeydə alınmışdı. Yekun nəticədə komanda hesabda önə keçib üstünlüyü sona qədər qoruya bildi – 4:3. Komandanın heyətində Xəqani Sadıqov dubl etdi, Nurlan Fərəcli və İlqar Gürşadlı hərəyə bir qol vurdu. Qeyd edək ki, Xəqani və Nurlan U-16 qrupunun futbolçularıdır.

 

Növbəti gün isə qələbə seriyasının davam etmək məqsədilə U-15 komandası “Neftçi” İK İB komandası ilə oyuna çıxdı. Qarşılaşma komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşdı.Tural Bayramovun iki dəfə fərqləndiyi oyunda həmçinin Qədir Həsənov və Əliağa Məmmədov rəqib qapısına yol tapdılar. Beləliklə, 8 oyuna 8 qələbə və 0 buraxılan topla “Xəzər Lənkəran” U-15 liqasında zirvədə gedən üç komandadan biridir.

 

U-16 komandası bu həftə səfərə çıxan yeganə qrup oldu. Rəqib turnir cədvəlinin qonşu pilləsində qərarlaşan “Fortuna-Səbail” komandası idi. Maraqlı keçən matç komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşdı. Qolların müəllifləri: Elməddin Əsədullayev, Murad Məmmədov və iki gün öncə U-15 komandasının heyətində dubl edənTural Bayramov.

 

Hafiz Əliyevin baş məşqçisi olduğu U-19 isə evdə “İnter”lə qarşılaşdı. Oyun komandanın 3:0 hesablı qələbəsi ilə başa çatdı. Bu oyunda Kənan Sadıqov dubl etdi, digər qolu isə Fərid Ağazadə vurdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail