Foqts millinin heyətini açıqladı

01.10.2011 | 4719 dəfə oxunub

Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsində son 2 rəsmi oyunu üçün heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, baş məşqçi Berti Foqts oktyabrın 7-də Avstriya ilə ev, 4 gün sonra Türkiyə ilə səfər görüşünə 25 futbolçu çağırıb. Bununla əlaqədar oktyabrın 1-dən 7-dək Bakıda, 8-dən 12-dək İstanbulda təlim-məşq toplanışı keçiriləcək.

"İnter"in kapitanı Vladimir Levin zədəsini sağaldaraq, xeyli fasilədən sonra milliyə qayıdıb. Foqtsun siyahısında hücumçuların çoxluğu diqqət çəkir.

Qapıçılar - Kamran Ağayev (“Xəzər Lənkəran”), Andrey Popoviç (“Sumqayıt Şəhər”), Aqil Məmmədov (“Bakı”)

Müdafiəçilər - Rəşad Sadıqov (“Qarabağ”), Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu, Vurğun Hüseynov (hər ikisi “Qəbələ”), Aqil Nəbiyev (AZAL) Rail Məlikov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)

Yarımmüdafiəçilər - Ruslan Abışov (“Neftçi”), Aleksandr Çertoqanov, Mahir Şükürov, Arif İsayev (hər üçü “Qəbələ”), Rəşad Sadiqov, Namiq Yusifov, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ufuk Budak (“Frayburq”, Almaniya)

Hücumçular - Branimir Subaşiç (“Xəzər Lənkəran”) Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Murad Hüseynov (“Qəbələ”), Elşən Məmmədov (AZAL), Vaqif Cavadov (“Volqa”, Rusiya)

Millimizin ölkədən kənarda çıxış edən oyunçularından Cavadov oktyabrın 2-də, Ufuk Budak isə oktyabrın 3-də millinin heyətinə qoşulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail