Elxan Məmmədov millinin üzvləri ilə görüşdü- FOTO

03.11.2015 | 2973 dəfə oxunub

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Mili Komandaların Təlim-Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

Stadium.az xəbər verir ki, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. 

U-19-un baş məşqçisi Nazim Süleymanov oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün hər bir futbolçunun səylərini əsirgəməməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları 10, 12 və 15 noyabr tarixlərində Bakıda təşkil olunacaq. Yığmamız Bosniya və Herseqovina, Ukrayna və Türkiyə komandaları ilə mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail