"İtirdiyimiz xalların əvəzini növbəti oyunlarda çıxacağıq”

04.11.2015 | 2597 dəfə oxunub

"Komandamızın dövrəni 1-ci yerdə bitirməsi, əlbəttə, çox yaxşıdır. Ancaq eyni zamanda lazımsız xal itkilərinə də yol verməməliyik. II dövrə yenicə başlayıb. Əsas mübarizə hələ qabaqdadır. İtirdiyimiz xalların əvəzini növbəti oyunlarda çıxacağıq”.


Stadium.az xəbər verir ki, bu sözləri komandanın ilk dövrədəki çıxışını dəyərləndirən "Qəbələ"nin 20 yaşlı yarımmüdafiəçi Elvin Camalov klub qəzetinə açıqlamasında deyib. 
 

Elvin son matçlarda xal itkisini oyun qrafikinin sıxlığı ilə əlaqələndirir. Lakin komandanın çətinliklərin öhdəsindən gələcəyinə inanır: "Hazırda iki cəbhədə - həm çempionatda, həm də Avropa Liqasının qrup mərhələsində mübarizə aparırıq. Mən gəncəm və çox oynamaqdan şikayət etmirəm. Sadəcə, ağır oyunlardan sonra həm fiziki, həm də psixoloji baxımdan bir qədər yorğunluq olur. Çempionat oyunları da asan keçmir. Qələbə qazanmaq, xal ehtiyatını artırmaq üçün hər matçda var qüvvəmizlə oynayırıq. Çətinliyin öhdəsindən yalnız özümüz gəlməliyik. Avropada həftədə 2 oyun keçirirlər. Sıx qrafik biz futbolçular üçün də faydalıdır. Biz böyük məqsədlər üçün mübarizə aparırıq. "Qəbələ”nin əsas məqsədi bu mövsüm çempion olmaqdır. İnanıram ki, bu vəzifənin öhdəsindən gələcəyik”.
 

İlk dövrənin bütün oyunlarını əvəzolunmadan keçirən Elvin, əsas heyət üzvü olmağın məsuliyyətini dərk edir: "Əsas heyətdə olmaq böyük məsuliyyətdir və meydançaya çıxmağa həmişə hazır olmağı tələb edir. İlk növbədə etdiyim səhvlər üzərində işləyib, növbəti maçtda təkrarlamamağa çalışıram. İstəyirəm ki, baş məşqçimiz mənə həmişə inansın və mən də onun etimadını doğruldum. 21 yaş limitinə uyğun gələn futbolçu olduğumu bir an belə unutmuram və sarı vərəqə almamağa, cəzalı duruma düşməməyə çalışıram”.


Gənc futbolçunun növbəti hədəfi Avropa Liqasının qrup mərhələsində debüt etməkdir: "Qrup mərhələsi matçlarında meydanda olmaq üçün çox hazırlıqlı olmalıyam. Çox istərdim qrup mərhələsi oyunlarında meydançaya çıxım. Ancaq bilirəm ki, hər şeyin öz zamanı var. İnanıram ki, Roman Qriqorçuk qrup mərhələsində də mənə şans verəcək. Bu, mənə daha yaxşı hazırlaşmağa motivasiya verir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail