"Düşünürəm ki, 2 matçda oynasam, özümə gələrəm"

04.11.2015 | 3097 dəfə oxunub

"Qəbələ"nin əsas komandasında rəsmi debütünü gözləyən futbolçulardan biri də Vüqar Nadirovdur.

 

Stadium.az xəbər verir ki, “Qəbələ”yə Ruslan Abışovla eyni vaxtda keçsə də, Avropa Liqası matçlarına sifariş olunmadığından, yalnız daxili yarışlarda oynaya bilər.

Ancaq Ruslandan fərqli olaraq Vüqar hələ ki, çempionat matçlarını kənardan izləyir. Adı matçların protokoluna daxil edilmədiyindən, ehtiyat oyunçular skamyasında da yer almır. Nadirov klubun qəzetinə açıqlamasında peşəkar futbolçu kimi əsas işinin məşq edib, şansını gözləmək olduğunu bildirib: “Mənə nə vaxt meydan verilsə, etimadı doğrultmağa çalışacağam. Məşqlərdə öz üzərimdə çalışıram. Ancaq əlbəttə, oynamadığıma görə hazırkı durumum ürəyimcə deyil. Həmişə oynayan futbolçu olmuşam. Ötən mövsümün sonunda “Xəzər Lənkəran”a böyük ümidlərlə getdim. Ancaq FİFA-nın məlum qadağasına görə meydana çıxa bilmədim. “Qəbələ”yə keçəndə bir müddət sonra oynayacağımı düşünürdüm. Ancaq gözlədiyim kimi olmadı. Hər dəfə adımın protokola daxil edilmədiyini eşidəndə, pis oluram”.

 

Lakin təcrübəli futbolçu ruhdan düşmür və Roman Qriqorçukun ona şans verəcəyi anı gözləyir: “Mən də komandama kömək etmək istəyirəm. Ancaq hazırda bu imkana malik deyiləm. Qriqorçuk hələ hazır olmadığımı deyir. Mən həmişə oynamağa hazıram. Əvvəlki formamı yığmaq üçün mənə uzun müddət lazım deyil. Düşünürəm ki, 2 matçda oynasam, özümə gələrəm. Demirəm ki, 90 dəqiqə oynayım. Münasib rəqiblərə qarşı 5-10 dəqiqə oynasam, hazırlığım yavaş-yavaş qaydasına düşər”.

 

Son vaxtlar milli komandamıza da cəlb olunmayan Nadirovun “Qəbələ”də debütü əvəzedici heyətdə olub. Hücumçu qırmızı-qara formada qol hesabını bu komandada açıb: “Əvəzedici heyətdə çıxış etməklə oyun praktikası qazanıram. “Qəbələ”ylə dekabrın sonunadək müqaviləm var. Qalan 2 ayda əsas komandada oynasam, özümü göstərib, qala bilərəm. Ancaq əks təqdirdə çətin olacaq”.

 

Vüqar “qırmızı-qara”ların çıxışı haqda da fikirlərini söyləyib: “Komandada yorğunluq var. Bu, “Zirə” ilə oyunda da hiss olunurdu. Ola bilər, Avropa Liqasından sonra çempionata tam köklənə bilməmək də öz təsirini göstərir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail