Rednik ötənilki uğurunu təkrarlaya bilmədi

01.10.2011 | 5617 dəfə oxunub

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Azərbaycan Premyer Liqasında rekordunu təkrarlaya bilmədi. Stadium.az xəbər verir ki, 49 yaşlı rumıniyalı mütəxəssis ölkəmizdə ilk məğlubiyyətini ötən çempionatımızda IX, indi isə VIII turunda aldı. Hər 2 məğlubiyyət səfərdə reallaşdı. Fərq ondadır ki, keçən ilin oktyabrın 17-də “Gəncə”yə məğlubiyyət (1:4) böyük hesablı idisə, bu dəfə “İnter”ə yenilgi minimal hesablı (0:1) oldu. 
Hər 2 oyunda “Xəzər Lənkəran”ın qapıçısı, kapitanı Kamran Ağayev iştirak etmədi. Gəncədə cəza üzündən meydana çıxa bilməyən millimizin əsas qapıçısı latviyalı həmkarı Denis Romanovun kobud səhvlərinə şahid olmuşdu. Bu dəfə zədə problemi olan Kamranı əvəzləyən Kamal Bayramov “Xəzər Lənkəran”da rəsmi debütünü uğurlu qeyd etməyə çalışsa da, məğlubiyyətdən qaça bilmədi.
Rednik 2-ci mövsümünü keçirdiyi Lənkəran klubunda demək olar eyni ssenarini cızır. Yəni keçən çempionatımızda da ən sonda uduzan “Xəzər Lənkəran” oldu və vahid lider yenə rəqib meydanında büdrədi. Göründüyü kimi, rumıniyalı çalışdırıcının öz rekordunu təkrarlamağına 1 addım qalmışdı. 
Ümumiyyətlə, bu, Rednikin cənub təmsilçisini çalışdırdığı 14 ayda 7-ci məğlubiyyəti oldu. Həmin müddətdə bütün rəsmi oyunları nəzərə alsaq, 48 görüş keçirən rumıniyalı ötən mövsümdə Premyer Liqamızda “Gəncə”dən sonra səfərdə “Qəbələ” və AZAL 0:1, evdə “Qarabağ”a 1:2 hesabı ilə yenildi. Onun Azərbaycan kubokunda yeganə məğlubiyyəti də 1:2 hesabı ilə oldu. Ancaq “Bakı” ilə cavab yarımfinal oyunundakı həmin səfər nəticəsi “Xəzər Lənkəran” üzmədi. Çünki ilk oyunda 1:0 hesabı ilə qalib gələn komanda səfər qolu hesabına finala yüksəldi. Rednikin daha bir, eyni zamanda son məğlubiyyəti isə Avroliqada olmuşdu. Turnirin II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə səfər oyununda uduzan (1:3) lənkəranlılar evdəki cavab matçında qolsuz bərabərlik edərək, mübarizəni dayandırdı. 
Rumıniyalı hər 2 mövsümündə ilk məğlubiyyətində iştirak edən futbolçu var. Bu, ötən mövsüm “Gəncə”də, indi isə “İnter”də oynayan Samir Zərgərovdur. 24 yaşlı yarımmüdafiəçi 1 il öncə “Xəzər Lənkəran”a qalib gəldikləri oyunun 42-ci dəqiqəsində vurduğu qolla qələbədə pay sahibi olmuşdu. Samir lənkəranlılarla budəfəki görüşündə də start heyətində meydana çıxsa da, fərqlənə bilmədi. Əksinə, məhz onu 58-ci dəqiqədə əvəzləyən Nizami Hacıyev oyunun qəhrəmanı oldu. Çünki məhz bu yarımmüdafiəçinin 73-cü dəqiqədə vurduğu qol lənkəranlıların cari mövsümdə ilk məğlubiyyətini reallaşdırdı. Bununla da “İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadze nəhayət, Rednikə qalib gələ bildi. O, rumıniyalı həmkarı ilə ötən mövsüm ölkə kubokunun final oyununu da nəzərə alsaq, 5 görüşün heç birində buna nail olmamışdı. 
Rednik “Xəzər Lənkəran”a debüt mövsümündə Premyer Liqamızın gümüş medalını və Azərbaycan kubokunu qazandırdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail