"Qəbələ" 9 ay sonra uduzdu

01.10.2011 | 4618 dəfə oxunub

“Qəbələ”nin evdə məğlubiyyətsiz seriyası qırıldı. Stadium.az xəbər verir ki, ingilis Toni Adamsın çalışdırdığı komanda 281 gündən sonra öz meydanında uduzdu. Bu, son turda debütant “Rəvan”la görüşdə (2:3) reallaşdı və nəticədə qəbələlilər bu il doğma publika qarşısında ilk dəfə yenildi. Komanda sonuncu məğlubiyyətini ötən ilin dekabrın 23-də almışdı. Premyer Liqamızın XIX turu çərçivəsində “Bakı” ilə oyun rəqibin 1:0 hesabı ilə nəticələnmişdi. Bu məğlubiyyət sonda Adamsın komandasına “altılığ”a düşməmək bahasına başa gəldi. 

Baş məşqçi postuna Vladislav Qədirovu qaytarandan sonra səfərdə hər 2 oyunda qalib gələn “Rəvan” Adamsın yubileyini korladı. Belə ki, London “Arsenal”ının əfsanəvi kapitanı “Qəbələ”nin baş məşqçi postunda 40-cı oyununu keçirirdi. 45 yaşlı ingilis çalışdırıcı ötən ilin mayından rəhbərlik etdiyi komandanın sükanı arxasında evdə az uduzub. Belə ki, bu, Adamsın Qəbələdə yalnız 4-cü məğlubiyyəti oldu və hamısı ötən çempionatımızda qeydə alınıb. “Qəbələ” “Bakı” ilə matçadək “Neftçi”yə 0:2, “İnter”ə 0:1 hesabı ilə yenilmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail