“Qəbələ” “Antalya Cup” turnirində 2-ci oldu- FOTO

07.11.2015 | 2769 dəfə oxunub

Türkiyədə keçirilən “Antalya Cup” turnirinə yekun vurulub.  “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası turniri 2-ci pillədə başa vurub. 

Stadium.az xəbər verir kiŞ dörd komandanın dairəvi sistemlə iki dövrədə mübarizə apardığı turnirdə “qırmızı-qaralar” 6 oyun keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda I dövrədə “Lokomotiv”ə (Moskva, Rusiya) 0:2 hesabı ilə uduzub, “Antalyaspor”a (Türkiyə) 3:1 hesabı ilə qalib gəldikdən sonra “Dunarea” (Rumıniya) ilə heç-heçə edib – 1:1. Rusiya təmsilçisi ilə ikinci qarşılaşmada da eyni hesabla (0:2) uduzan komandamız, meydan sahiblərini yenə 3 qolla məğlub edib – 3:2. 

“Antalya Cup” turnirinin son turu öncəsi “Lokomotiv” 1-ci yeri təmin etdiyindən, Türkiyə klubu isə sonuncu olduğundan “Qəbələ” ilə “Dunarea” arasında qarşılaşma 2-ci yerin taleyinə aydınlıq gətirib. 1:0 hesabı ilə qalib gələn “Qəbələ” turnirdə 3-cü qələbəsini qazanıb. Bununla da xal hesabını 10-a çatdıran “Qəbələ” “Antalya Cup”da 2-ci yeri tutub.

Xatırladaq ki, Xaqani Məmmədovun komandası U-15 Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gələrək liderlər qrupunda qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail