Fariz Nəcəfov: "Bizim emənilərlə cihadımız "Qarabağ"dadır"

07.11.2015 | 3488 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan “Borussiya”-"Qəbələ"(4:0) oyunundan sonra "Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az klub rəsmisinin dediklərini sizə təqdim edir:

- Öncə oyun haqqında fikirlərinizi bilmək istərdik...

- Oyunun belə ağır olması gözlənilən idi. Buna baxmayaraq, komandadan layiqli oyun gözləyirdik. Rəqibimiz güclü idi, üstəlik səfərdə oynayırdıq. Fikrimcə, artıq qarşıdakı oyunlar haqda düşünməliyik.


- “Qəbələ” son zamanlar uğursuz çıxış edir. Bununla əlaqədar klubdaxili iclas və ya baş məşqçi ilə hansısa söhbətiniz olubmu?

- Bəli, məşqçi ilə söhbətimiz olub, amma ona niyə belə uğursuz çıxış edirsiniz deməmişəm. Oyunların təhlillərində şəxsən iştirak edirəm. Konkret kimsə ittiham edilməyib, yalnız ümumi müzakirə, söhbət olub. Fikrimcə, qarşıdakı oyunlarda hər şey qaydasına düşəcək.


- Baş məşqçi Roman Qriqorçukun adı Ukrayna millisi ilə yanaşı çəkildikdən sonra komandada eniş müşahidə olunur. Bu iki məsələ bir biri ilə nə dərəcədə əlaqəlidi?

- Ola bilsin ki, bizim xallar itirməyimizlə bu söhbətlərin yayılması təsadüfən üst-üstə düşsün. Çünki başqa cür mümkün deyil. Heç müzakirə mövzusu belə olmayıb. Sizə bir fakt danışım; heç bu məsələ çıxmamışdan öncə bir dəfə Qriqorçukla söhbət edəndə sözarası demişdi ki, başa düşə bilmirəm, məşqçilər millidə çalışmağa niyə bu qədər can atırlar? Gənc, kifayət qədər potensialı olan məşqçi millidə işləməyə cəhd göstərməz. Çünki yığmada bilirsiniz ki, ən yaxşı halda 2-3 aydan bir toplanış olur. Baş məşqçimiz də işləməyi sevən bir adam olduğu üçün milli onun üçün darıxdırıcıdı. Yəni, bu, daha əvvəl aramızda olan söhbətdi. Ümumiyyətlə, heç təklif də gəlməyib. Ukrayna mətbuatı yazıb, çünki burda uğurlu nəticəsi var.


- Bu söz-söhbətlər futbolçuların motivasiyasına təsir edə bilərmi?

- Birmənalı şəkildə mümkün deyil. Oyunlara baxırsınız da. Təkcə AZAL-la oyunda 60 dəfə biz hücum etmişik, 3 dəfə isə rəqib. İki dənə 100%-lik qolumuz sayılmayıb. Bəlkə də hava dumanlı olduğu üçün sizin diqqətinizi çəkməyib, ancaq biz oturub bir-bir PFL-in kameraları ilə baxmışıq. Bir epizodda topu qapının içindən çıxarırlar, digərində ofsayt ümumiyyətlə yoxdu. İki qol belə sayılmır, Rəşad bir metrdən topu qapıya vura bilmir, məsələn, 3 dənə başqa qol epizodumuz olub və s. Desək ki, komanda oynamır, hardasa səhvlər olur, yoxdu axı.


- Yayılmış söhbətlərə son qoymaq üçün bəlkə Roman Qriqorçukla uzunmüddətli müqavilə bağlayasınız... Bu barədə düşünməmisiniz?

- Müqaviləni uzatmaq fikrimiz var. Ancaq bu barədə hələ danışığımız olmayıb.


- Vüqar Nadirovun yanvarda komandadan göndərilməsini gözləmək olarmı?

- Göndərilmək barəsində heç nə deyə bilmərəm, çünki o qərarı məşqçi verir. Məşqçi ilə isə bu barədə söhbətimiz olmayıb. Qış “transfer pəncərəsi”nin açılmasına az qalmış danışarıq, bir açıqlama verərik.


- 4 il öncə Dortmundda “Borussiya” - “Qarabağ” matçında da stadiona erməni bayrağı gətirilmişdi. Oyundan qabaq belə halların yaşanmamağı üçün “Borussiya” rəhbərliyi ilə danışmamışdınız ki?

- “Borussiya” rəhbərliyi ilə Mxitaryan məsələsində də söhbətimiz olub. Ancaq hansısa futbolçunun erməni olmasını qabartmaq, onun qol vurmasını xüsusi qeyd etmək cılız söhbətdi. Bizim ermənilərlə ən böyük münaqişəmiz Qarabağdadı. Hansı futbolçu hardasa nə edir, mənə elə gəlir ki, bu barədə danışmaq artıq işdi. Onlarla da söhbətimiz olmuşdu, eyni münasibəti görmüşdük. Futbolçunun fikri meydanda, oyunda olmalıdı. Azarkeş baxır, izləyir. Hansısa hərəkəti siyasiləşdirmək artıq təxribatçı qrupların işidi. Bayrağın qalxmağı da həmçinin. Bütün stadion erməni bayrağı ilə örtülsəydi belə, bizim fikrimiz ancaq oyunda olacaqdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail