Ruslan Abışov: "Bu psixoloji əngəldən xilas olub..."

10.11.2015 | 3339 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 12-ci turunun "Qəbələ" - "İnter" oyunundan sonra meydan sahiblərinin müdafiəçisi Ruslan Abışov jurnalistlərə müsahibəı verib: 

- Növbəti dəfə xal itirdiniz. Oyun barədə fikirləriniz nələrdi?

- Oyun haqqında nə deyim? Evdə çıxış edirdik. 6 oyundu  vacib xallar itirmişik. Hazırlaşmışdıq bu dəfə qələbə qazanıb tilsimi qıraq. 90 dəqiqə bizim üstünlüyümüz şəraitində keçdi. Hücum edən tərəf biz idik. Əlimizə düşən qol epizodlarından istifadə edə bilmədik. Məncə, artıq bu vəziyyətdən çıxmağın vaxtıdı. Getdikcə hər şey bizim üçün çətinləşir. Ancaq inanırıq ki, milli komandanın çıxışı ilə bağlı yaranacaq fasilədən sonra hər şey bizim üçün yaxşı olacaq.

- “Qəbələ”nin hazırkı vəziyyətə düşməsinin səbəbi nədi?

- Hər kəs görür ki, əksər oyunlarda 90 dəqiqə hücum edən tərəf biz oluruq. Nədənsə, qol epizodlarından yararlana bilmirik. Sanki komanda tilsimlənib, qol vurmaqda çətinlik çəkir. Məncə, bu psixoloji səddi aşmaq lazımdı ki, qarşıdakı görüşlərdə xallar itirməyək.

- Komandanın uğursuz çıxışı baş məşqçi Roman Qriqorçukun Ukrayna yığmasından dəvət alması ilə bir əlaqəsi varmı?

- Açığı, bu barədə heç birimiz fikirləşmirik. Qriqorçuk sona qədər bizimlədi. İnanıram ki, belə vəziyyətdə komandanı qoyub getməyəcək.

- Sergey Zenyovun erkən əvəzlənməsinin çıxışınıza nə kimi təsiri oldu?

- Əlbəttə təsir etdi. Çünki bir gün əvvəldən bilirdik ki, hansı sistemdə çıxış edəcəyik. Çünki Zenyovun fərqli vəzifəsi var. Onun əvəzinə meydançaya daxil olan Samir Zərgərov da yaxşı çıxış etdi. Deməzdim ki, o, Zenyovdan pis təsir bağışladı.

- Tez-tez qol buraxmağınız müdafiə xəttində boşluqların olmasından xəbər vermir?

- Tez-tez deyəndə ki, son iki görüşdə qol buraxmışıq. “Kəpəz”lə matçda əks-hücumdan qapımıza qol vurdular. “İnter” də həmçinin bizi əks-hücumda yaxaladı. Futbolda belə hallar olur. Əsas odur ki, səhvlərdən nəticə çıxaraq, qarşıdakı oyunlarda bunları təkrarlamayaq.

- Yorğunluğun buna təsiri varmı?

- Düşünmürəm ki, yorğunluq var. Sadəcə, komandanın üzərində psixoloji gərginlik var. Qol vurmaq problemini yoluna qoymaq lazımdı. Ondan sonra hər şey qaydasına düşəcək.

- Noyabrın 17-də yığma komandamız Moldova ilə qarşılaşacaq. Belə bir yoldaşlıq görüşünün Bakı Olimpiya Stadionuna salınması nə dərəcədə doğrudu?

- Bu stadionda çıxış etmək yaxşıdı. Amma azarkeş sayı ilə bağlı fikir bildirməyim doğru olmaz. Federasiya artıq qərar verib. Futbolçunun vəzifəsi harda olursa-olsun, çıxıb oynamaqdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail