Qurban Qurbanovlu "Qarabağ" "Turanın qəniminə çevrilib

03.10.2011 | 5545 dəfə oxunub

Premyer Liqanın son turunda "Qarabağ" tarixi derbidə 40-cı dəfə "Turan"la qarşılaşdı. Stadium.az xəbər verir ki, ilk dəfə yeni məkanda, Mərdəkanda baş tutan mücadilə ağdamlıların məlum qələbəsiylə nəticələndi. Ötən tur Mərdəkanda başqa bir arenada AZAL 3:1 hesabıyla məğlub edilmişdisə, bu dəfə də Tovuz klubu eyni aqibətlə üzləşdi. "Qarabağ" "Dalğa-Arena"da baş tutan görüşdə qələbə qazanmaqla yenidən "6"lığa daxil olmaqla 4-cü sıraya yüksəldi. Eyni zamanda oyunda vurulan qollar fərqli məqamlarla yadda qaldı. 

Komandanın ilk qolu 23-cü dəqiqədə vuruldu. Rəşad Sadıqovun cərimə zərbəsindən sonra qayıdan topa zədədən  möhtəşəm dönən, AZAL-la oyunun qəhrəmanı Vüqar Nadirov akrobatik zərbəylə tamamladı. Bu eyni zamanda Vüqarın 2011-ci ildə çempionatda vurduğu ilk qol oldu. 24 yaşlı forvard sonuncu dəfə ötən mövsüm dekabrın 18-ində "Muğan"ı Suraxanı qəsəbə stadionunda 2:0-lıq qələbədə 2-ci qolu vuraraq fərqlənmişdi.  (Bu il isə Avroliqada "Banqa"yla baş tutan ilk görüşdə Vüqar dublla yadda qalıb)
53-cü dəqiqədə komandanın 2-ci qolunu vuran Ansi Aqolli isə Premyer Liqada qol hesabını açdı. Albniya millisinin oyunçusu Avroliqada "Banqa"yla baş tutan cavab matçında fərqlənsə də, milli birincilikdə debüt etdi. 
Rəşad Sadıqova isə 
"Qarabağ"ın heyətində növbəti dəfə fərqlənmək üçün il yarım gözləmək lazım gəldi. Millimizin kapitanı 85-ci dəqiqədə adını tabloya yazdıraraq 2010-cu ilin Mayın 9-dan sonra ilk dəfə qola sevindi. 29 yaşlı müdafiəçi Quzanlıda XXXI turda baş tutan "Xəzər-Lənkəran"la oyunda ilk qolu vurmuşdu (2:1).

Beləliklə, "Qarabağ" 3:1 hesabıyla qalib gələrək Qurban Qurbanovun başçılığı altında çempionatda "Turan"a qarşı keçirdiyi 7-ci oyunda da rəqibinə xal vermədi, başqa sözlə ardıcıl 7-ci qələbəsini qazandı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail