“Özüm də artıq "azərbaycansayağı" maşın sürməyə başlamışam”

10.11.2015 | 3318 dəfə oxunub

Altıqat Ukrayna çempionu, yeddiqat Uktayna Kubokunun qalibi, UEFA Kubokunun qalibi, Ukrayna yığmasının sabiq oyunçusu və Azərbaycan futbol çempionatının ən titullu futbolçusu, “Qəbələ” klubunun yarımmüdafiəçisi Aleksey Qayın müsahibəsi

- 33 yaşınızı 0:4 hesabı ilə məğlubiyyətlə qarşılamağı yəqin ki, planlaşdırmamışdınız? (söhbət “Borussiya”- “Qəbələ” oynundan gedir- müəllif.)

- Əlbəttə, biz həyatda çox şey planlaşdıra bilərik, lakin nəticədə tam başqa bir şey alına bilər. Söz yox, istərdim ki, Bakıya daha münasib hesabla qayıdaq, lakin alınmadı. Realist olmaq lazımdır. Biz indi öyrənmə mərhələsindəyik və yaxşı futbol oynamağı öz səhvlərimiz üzərində öyrənirik.

- Ən yadda qalan ad gününü neçə yaşınızda qeyd etmisiniz?

- Ad günlərimin çoxusu elə təyyarələrdə keçdiyindən hansısa konkret gün yadda qalmayıb (gülür).

- Bu yaşa çatdıqda hayatınızda ən qürurverici nə etmisiniz?

- Əgər siz düşünürsünüzsə ki, mən futbolda olan nailiyyətlərimdən danışacam, səhv edirsiniz. Həyatımda ən böyük nailiyyətim mənim ailəmdir. Mən ailəmlə fəxr edirəm, yoldaşımla və iki qızımla. Onlar mənim yanımdadır və mən hər zaman onların arxasındayam və onlara da arxanalıram.

- Siz Azərbaycan birinciliyi cərçivəsində əsl ulduzsunuz. Sizdə olan titullar bizim çempionatda çıxış edən heç bir futbolçuda yoxdur. Siz oynadığınız klublara qarşı heç bir futbolçu oynamayıb, nə legionerlər, nə də özümüzkülər. Azərbaycanda oynayan Aleksey Qay bu gün “Qəbələ” futbolçularının səviyyəsini qaldırır, yoxsa öz səviyyəsini endirir?

- Hər şey konkret futbolçudan, onların istəyindən asılıdı. Onlar özlərini kiməsə oxşatmaq istəyirlər, kimlərisə özləri üçün nümunə seçirlər. Əlbəttə, idmançı kimisə örnək seçməlidir ki, səviyyəsi artsın. O ki, qaldı mənim özümə, mən heç zaman özümü kimdənsə yüksək tutmamışam və hər zaman keçmişlə deyil, bugünlə yaşayıram. Və bu gün “Qəbələ”də oynayıramsa, deməli belə də olmalı idi.

- Siz kifayət qədər uzun müddətdir ki, Azərbaycandasınız. Bizim millətə xas olan hansı xüsusiyyətlər sizə xoşdur və əksinə, hansını bəyənmirsiniz?

- Hesab edirəm ki, bir ölkənin xalqını hərtərəfli tanımaq üçün bu ölkədə bir-iki il yox, daha çox yaşamaq lazımdır. Azərbaycanda yaşadığım müddətdə isə mən azərbaycanlıların xeyirxahlığını və qonaqpərvərliyini qeyd edə bilərəm. Mənfi xüsusiyyət kimi, yalnız onu qeyd edə bilərəm ki, burada insanlar heç yerə tələsmir. Və əlbəttə, burada maşın sürmək çox çətindir, lakin mən artıq özüm də "azərbaycansayağı" maşın sürməyə başladığım üçün, bu mənim üçün artıq problem deyil (gülür). atv.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail