"Millidə oynamaq hər bir futbolçu üçün şərəfdi"

10.11.2015 | 2950 dəfə oxunub

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova milisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının heyətinə "Kəpəz”dən iki futbolçu dəvət olunub.

 

Stadium.az xəbər verir ki, Gəncə klubundan Tərlan Quliyev ilə Rəşad Eyyubov baş məşqçi Robert Prosineçkinin etimadını qazananlar arasındadır. 
 
Quliyevlə müqayisədə Rəşad uzun fasilədən sonra yenidən Azərbaycan yığma komandasına çağırılıb. Yarımmüdafiəçi klub saytına açıqlamasında ölkənin bir nömrəli komandasına dəvəti haqda danışıb: 
 
"Sevinirəm ki, yenidən milliyə çağırıldım, yığmada oynamaq hər bir futbolçu üçün şərəfdir. Milliyə tək özümə yox, həm də "Kəpəz” və komanda yoldaşlarıma görə dəvət almışam. Çempionatda uğurlu çıxışımız mənim yığmaya yolumu açıb”.
 
Rəşad Eyyubov qarşıdakı oyunla bağlı fikirlərini də bölüşüb: "Yoxlama oyunu olsa da, qələbə qazanmağa çalışacağıq. İnanıram ki, hər şey yaxşı olacaq. Baş məşqçinin Moldova ilə oyunda mənə şans verib-verməyəcəyi məşqlərdə özümü necə göstərəcəyimdən asılı olacaq. Düşünürəm ki, bundan sonra da yığmaya dəvət ala bilərəm. Amma gərək ilk növbədə "Kəpəz”də özümü yaxşı göstərəm. Əgər klubda yaxşı oynasam, yəqin ki yenə milliyə dəvət alacağam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail