"Bizdə ona görə alınmadı ki, vaxt verilmədi"

11.11.2015 | 3984 dəfə oxunub

"Rəvan"ın sabiq məşqçisi Rövşən Babayevin müsahibəsi:
 
- Emin Quliyev və Rövşən Babayevi tandemi "Rəvan"da niyə nəticə vermədi?
- Tandem deyəndə, biz cəmi iki ay bir yerdə işlədik. Bacardığımız qədər, çalışdıq ki, nəsə edək. Neçə futbolçu kənarda qalmışdı, neçə gənc futbolçu tanınmırdı. Amma "Rəvan"da özünü göstərdi. Bizdə ona görə alınmadı ki, vaxt verilmədi. Əvvəlcə başqa danışıqlar oldu, sonradan başqa. Statistikaya baxanda, komandamız heç də fiziki cəhətdən zəif deyildi.
 
- Bildirdiniz ki, sizə vaxt verilməyib. Kluba gələndə sizə nə vaxta kimi komandaya rəhbərlik edəcəyiniz barədə konkret vaxt deyilmişdi?
- Həm Emin Quliyevlə, həm də mənlə təkbətək söhbətdə deyilmişdi ki, biz sizə imkan veririk ki, 1 il komandanı düzəldin və işləyin. Qışa qədər bu heyətlə oynayın, qışda isə sizi legioner futbolçularla təmin edəcəyik. Klub rəhbərliyi də komandanın gücünü bilirdi. İndi Bəhmən Həsənov deyir ki, komandada futbolçuların gücü çatmır, bəs bizi bunu demirdik? Biz qapalı futbol yox, açqı gözəl futbola üstünlük verirdik. Bizim uğursuzluğumuzun əsas səbəbi bizə inamın olmamasıdır. Həmişə bizə inandıqları yerdə nəticə göstərmişəm.
 
- Sizə elə gəlmir ki, "Rəvan" rəhbərliyi qeyri-peşəkardır?
- Bizə söz vermişdilər ki, qışa qədər sizə heç nə deyilməyəcək. Əgər dediklərini eləmirlərsə, əlbəttə qeyri-peşəkardır.
 
- Bəlkə Rövşən Babayev və Emin Quliyevin orda işləməsini klub daxilində istəməyənlər var idi?
- Bir söz deyim, əlimizdə istədiyimiz futbolçu yoxdursa, necə nəticə vermək olar. Heyətdə olan futbolçular da sağolsunlar, əllərindən gələni edirdilər.  Bizim üçün ən böük problm futbolçu transfer edə bilməməyimiz oldu. Əlimizdə olan iki legioneri də göndərdilər. Mövsümün ortasında məşqçi çıxarmaq olar, bizim günahımız nəydi?
 
- Klubda maaşlar gecikirdi, bunu da uğursuzluğun səbəbi kimi göstərmək olar?
- Biz "Xəzər Lənkəran"a, yoxsa "Qarabağ"la kimi komandaya qarşı pis oynamışıq? Biz klub rəhbərliyinə deyirdik ki, heç olmasa motivasiya üçün komandanın üzvlərinə 50-100 manata qədər pul paylayaaq, yox deyirdilər. Bəs indi nətər oldu, "Qarabağ"a məğlubiyyətə görə komandaya pul paylayır. Bizim oyundan qabaq heç olmasa, maaşları verərdilər. Bu, qeyri-peşəkarlıqdır. 
 
- Şahin Diniyevin "Rəvan"da çalışdığı müddətdə də eyni aqibəti yaşamışdı, yəni klub rəhbərliyi dediyi sözün üstündə durmamışdı. Ora gedəndə bu hadisəni xatırlamışdınız?
- Mən "Rəvan"a görə, nə "Zirə"yə, nə də "Neftçi"yə getmədim. Bizə iki ay yarım vaxt verildi, buna da nə etmək olar? Əgər bizi göndərəsəydin, niyə 1 illik müqavilə imzalayırdı. Biz nəticə qazana bilməsək də, komandaya yaxşı oyun oynatdırırdıq. Bu klub haqda pis fikirlər olub. Biz fikirləşdik ki, birinci cavanlarla oynamağa qərardıq. Sonra eşitdik ki, komandaya Cəmşid Məhərrəmov gəlib, sonra eşitdik Novruz Məmmədov gəlib, yəni köhnə futbolçuları komandaya gətirdilər. Emin Quliyev 2-3 oyundan sonra klub rəhbərliyinə demişdi ki, bu futbolçular bizə kömək edəcək gücdə deyillər.
Hər şeyi özünüz gördünüz, dekabrın sonunda örəcəyik, yeni baş məşqçi ilə nələr edəcək.
 
- Nə vaxtsa, yenidən "Rəvan"da işləyərsiniz?
- Orda ancaq, oranı sevən məşqçilər işləyir. sportal.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail