"Sumqayıt Şəhər" 12 futbolçusunu itirdi

03.10.2011 | 6490 dəfə oxunub


Milli komandamız AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, qeyd olunan oyunlarla əlaqədar oktyabrın 1-dən 7-dək Bakıda, oktyabrın 8-dən 12-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan yığma komandasının heyəti açıqlanıb. "Sumqayıt Şəhər"-in qapıçısı Andrey Popoviç millinin düşərgəsinə çağırılıb.

Bundan başqa, klubun 6 futbolçusu – Ruslan Tağızadə, Emin Mustafayev, Eşqin Quliyev, Kamil Nurəhmədov, Ruslan Qurbanov və Bədavi Hüseynov isə 21 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət alıb.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Norveç, oktyabrın 10-da isə Belçika komandası ilə qarşılaşacaq.

"Sumqayıt Şəhər" klubunun 3 futbolçusu – Emil Balayev, Samir Yusifov və Hacı Əhmədov U-19 heyətinə çağrılıb. 19 yaşadək futbolçulardan ibarət milli komandamız sentyabrın 27-dən oktyabrın 5-dək Latviyanın Riqa şəhərində təlim-məşq toplanışında olacaq. Oktyabrın 5-dən 12-dək isə yığmamız İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.

"Sumqayıt Şəhər"in aşağı yaş qrupu üzrə komandasının üzvü – Fərid Kərimzadə U-15-in heyətinə çağırılıb.

"Sumqayıt Şəhər"in qızlardan ibarət komandasının üzvü Ləman Bağırova isə hazırda Bakıda keçirilən 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində millimizin heyətində çıxış edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail