Xaqani Məmmədovla bağlı şok VİDEO

13.11.2015 | 2839 dəfə oxunub

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və sabiq referi Ramiz Əsədovla bağlı sensasiya sayılacaq video yayılıb.

Stadium.az xəbər verir ki, bu videonun əks olunduğu oyun hələ 2001-ci ildə UEFA kuboku çərçivəsində keçirilən "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasında keçirilib.

Həmin qarşılaşma azərbaycanlı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi təyin olunan Asim Xudiyevə Rufulla Kərimov və Ramiz Əsədov köməklik edib. Xaqani Məmmədov isə dördüncü referi funksiyasını yerinə yetirib.

Latviya baş tutmuş ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan Xorvatiya təmsilçisini cavab matçında 1:0 hesablı qələbə də qane edirdi. Asim Xudiyevin 44-cü dəqiqədə təyin etdiyi penaltini dəqiq yerinə yetirən Xorvatiya təmsilçisi hesabda önə keçib. Bu hesab "Osiek"i növbəti mərhələyə çıxaracağından, Latviya klubunun rəsmilərinin ikinci hissənin gedişində azərbaycanlı hakimlərə rüşvət təklif etdiyi iddia olunur.

Aşağıdakı təqdim etdiyimiz videonun 3.40-cı saniyəsində Xaqani Məmmədovun 72-ci dəqiqədə qonaqların sonuncu əvəzetməsi zamanı laysman Ramiz Əsədova "heç-heçəyə 15 dənə verirlər" deməsi aydın eşidilir.

Qeyd edək ki, oyun elə 1:0 hesabı ilə başa çatıb və Xorvatiya klubu növbəti mərhələyə yüksəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail