"Xaqani Məmmədov Azərbaycan futbol ictimaiyyətindən silinməlidi"

13.11.2015 | 2581 dəfə oxunub

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov haqda yayılan video futbol ictimaiyyətində geniş əks-səda doğurdu.

 

Bununla bağlı beynəlxalq dərəcəli hakim Anar Salmanov açıqlama verib. Keçmiş FİFA referisi saytımıza açıqlamasında bu haqda əvvəlcədən məlumatının olduğunu qeyd edib: "Təəsüf ki, mən bu videonu üzə çıxara bilmədim. Bu faktdı, göz qarşısındadı. Məndə də eyni oyunla bağlı görüntülər var. Dekabr ayında mətbuat konfransı təşkil edib, bunları ictimaiyyətə açıqlamaq istəyirdim. Xaqani Məmmədov bizi haqsız yerə hakimlikdən uzaqlaşdırıb, görün özü kimdi. Bunu mən etmək istəyirdim, çünki Xaqani məmmədovun ən çox mənə, Babək Quliyevə, İmanxan Sultaniyə ziyanı dəyib. Bizim karyeramıza son qoyub. Sağ olsun Azərbaycan mətbuatı, belə halları işıqlandırır, haqq ədalət öz yerini tapır".

 

Təcrübəli hakim Avrokubokların qrup oyununa təyinat alan Əliyar Ağayev haqda da danışıb: "Əliyar Ağayevi təbrik edirəm. Azərbaycanın gələcəyi, uğurudu. Xəqani Məmmədovun uğuru deyil, onun "uğuru" bu gün yayılan videodu. Görün o kimdi, bu video onun iç üzüdü".

 

Anar Salmanov Xaqani Məmmədovun futboldan uzaqlaşdırılmalı olduğunu deyib: "Artıq bütün futbol ictimaiyyəti gördü ki deyilənlər boş söhbət deyil. Xaqani Məmmədov 3 dəfə hakimlikdən qovulub, hansı çirkin işlərlə məşğul olub göz qanağındadı.Görün bizim Hakimlər Komitəsinin sədri kimdi, o nə öyrədə bilər hakimlərə? Xaqani Məmmədov çıx cavab ver ictimaiyyətə! Babək Quliyev, İmanxan Sultani, Anar Salmanov hansı qərara əsasən hakimlikdən uzaqlaşdırılıb? Fakt yoxdu, amma onun özünün etdiyi faktdı, cinayətdi. Xaqani Məmmədov mənim qarşımı kəsdi, inkişam etməyimə mane oldu. Bu adam cəzalandırılmalıdı, Azərbaycan futbol ictimaiyyətindən silinməlidi. Heç vaxt da futbola yaxın buraxılmamalıdı. Asim Xudiyevi bu siyahıya aid etməyin, onluq bir şey yoxdu. Onun bu məsələyə aidiyyatı yoxdu". sportal.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail