"Rəvan" qapıçısını qovdu

03.10.2011 | 4396 dəfə oxunub

“Rəvan” estoniyalı qapıçısı Artur Kotenkonu qovub. Stadium.az xəbər verir ki, Premyer Liqanın I turunda “Kəpəz”lə səfər oyununda (2:3) buraxdığı kobud səhvlər nəticəsində 1 dəqiqəyə 2 qol buraxan legioner məğlubiyyətin əsas səbəbkarı kimi göstərilmişdi. 

Bir müddət komandanın sıralarında olan Kotenko haqda sonradan konkret və ağır qərar çıxarılıb. Belə ki, məşqlərə buraxılmayan 30 yaşlı qapıçı artıq debütantın sıralarından kənarlaşdırılıb.

Bakı təmsilçisinin baş məşqçisi Vladislav Qadirov apasport.az-a açıqlamasında xəbəri təsdiqləyib: “Kotenkonun komandamızla müqaviləsi olsa da, hazırda vətənindədir və qışa qədər heç bir klubda oynaya bilməz. O, rəhbərliyin qərarına əsasən məşqlərə buraxılmır və bizim futbolçumuz deyil. Artıq yerli qapıçılara şans verəcəyik. İvan Vasiliyev, eləcə də Davud Kərimi normal qapıçılardır. Estoniyalı əvəzedici heyətdə oynatmağı da düşünmədik. Çünki burada da yerli futbolçulara şans vermək lazımdır”.

Artur 2004-cü ildən çağırıldığı millisində 25 görüşdə meydançaya çıxıb və 3-cü qapıçı sayılır. Premyer Liqamızın cari mövsümündə ölkəsinin yeganə təmsilçisi olan Kotenkonun gedişi ilə Azərbaycanda estoniyalı futbolçu qalmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail