"Almaniya ilə oyunda hər şey gözlədiyimiz kimi alındı"

15.11.2015 | 5359 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və "Sumqayıt"ın qapıçısı Şahruddin Məhəmmədəliyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirdikləri səfər oyunundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bizi çətin oyun gözlədiyini yaxşı bilirdik. Dolu tribunalar qarşısında oynamaq çətin idi. Almanlar bizimlə görüşdə çox yaxşı dəstəyə malik idilər. Hər şey gözlədiyimiz kimi alındı. Çox çalışsaq da, məğlub olduq.

- Hesabı öncə yığmamız açdığı halda, niyə üstünlüyü qoruya bilmədiniz?
- Çünki Almaniyaya qarşı onun meydanında ancaq müdafiədən oynamaq və qol buraxmamaq çox çətindir. Rəqibin heyətində çoxlu yüksək səviyyəli futbolçu var. Bizimlə oyun bunu bir daha göstərdi. Onların qarşısını almaq çox çətin idi.

- Bakıda 0:3 hesabıyla uduzduğunuzu nəzərə alsaq, səfərdə 1:3 hesabı yaxşı nəticə sayıla bilər?
- Məğlubiyyəti yaxşı nəticə saymaq olmaz. Çünki uduzmaq həmişə pis nəticə sayılır. Bu, kimə qarşı, necə oynamağından asılı olmayaraq, belədir. Biz uğurlu nəticə qazanmaq istəyirdik. Amma təəssüf ki, alınmadı. Halbuki, bəzi epizodlarda buna  yaxın idik.

- Məqsəd İsayevin qolu yəqin ki, sizin üçün gözlənilməz oldu...
- Deməzdim ki, gözlənilməz alındı. Amma onu da başa düşürdüm ki, bu qol almanları daha da istəkli mübarizə aparmağa məcbur edəcək. Elə də alındı.

- Qarşıda Rusiya ilə ev oyunu var. Bu görüşdə xal qazana biləcəksiniz?
- Hər şey mümkündür. Bizi maraqlı oyun gözləyir. Yaxşı nəticə qazanmağa çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı noyabrın 17-dəki oyun göstərəcək. Rusiya da güclü komandadır. Onlar son turda Farer adalarına qalib gəliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail