Qəbələlilər niyə "Qəbələ"ni tam dəstəkləmir?

16.11.2015 | 6860 dəfə oxunub

Hər kəsə məlum olduğu kimi "Qəbələ" futbol klubu tarixində ən uğurlu dönəmini yaşamaqla bərabər, həm də, ölkəmiz adına tarix yazdı. Məlum olduğu kimi "Qəbələ" klubuna çox baş məşqçi gəlib getsə də, Roman Qriqarçukun gəlişi ilə hər şey tam başqa məcraya yol aldı. Uğurlar, qələbələr ard-arda gəlməyə başladı. Bir sözlə, hər şey dəyişdi. Dəyişməyən tək şey qaldı, o da "Qəbələ" azarkeşləri. Bu qədər uğurların  fonunda "Qəbələ"nin oyunlarında tribunalar yenə yarı çılpaq, bəzən isə tam çılpaq görünür. Hətta avrokuboklarda belə əksər oyunlarda "Qəbələ" tam dolu tribuna görmür. Axı Premyer Liqada 4-5 minlik "Qəbələ şəhər stadion"unu, Avrokuboklarda isə 15minlik (Avrokuboklar üçün bu tutum heç də yuksək rəqəm deyil) "Bakcell Arena"nı doldurmaq bu qədərmi çətindi? "Qəbələ" azarkeşlərinin öz rayonlarının komandasına olan laqeyid münasibətlərinin əsil səbəbləri nədədir görəsən? Bu barədə "Qəbələ"nin Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov və çoxlarının tanıdığı fəal azarkeş Cavad Şərifli Stadium.az saytına açıqlama verdi.

Səməd Nəsibov: “Azarkeş sadəcə "Qəbələ"nin deyil, Azərbaycan klublarının ümumi problemidir. Bunun çox müxtəlif səbəbləri var, ancaq konkret "Qəbələ ilə bağlı danışmaq lazım olsa, bunları deməliyəm ki, klub olaraq azarkeşlərlə işə xüsusi diqqət ayırırıq. Müxtəlif kompaniyalar keçiririk, ancaq hələ də azarkeş baxımından sıxıntı yaşayırıqsa deməli, hələ görməli olduğumuz işlər çoxdur. Bu işlərin nəticəsi çox gec görünür. Çünki görülən işlərin əksəriyyəti uzun müddətə hesablanmışdır. Belə ki, daha cox azyaşlı azarkeşlərimiz ilə işləyirik. Çünki gələcək onlardi".


Cavad Şərifli:  "Əvvəla bir azarkeş kimi komandamızın son oyunlarına görə üzgünük. Ümid edirik ki, yaxın zamanda "Qəbələ" toparlanaraq o əzəmətli və hər kəsin qorxulu yuxusu olan ideal formasına qayıdacaq. Bəzi təbəqələr azarkeşlərin yaxşı oyuna görə stadiona gəlməsini, bəziləri isə “azarkeş gəlsin ki, komanda oynasın” kimi fikirlər irəli sürür. Son zamanlar stadionumuza azarkeşlərin az gəlməsini öz fikrim ilə təxmin edirəm ki, başlıca səbəblər komandamızın son oyunlar uğursuz nəticələri, hava şəraiti və stadionumuzun vəziyyətidi. Bilirik ki, "Qəbələ"də yağışlı havalar çox olur. Həm də stadionumuzun, azarkeş tribunalarının üstü bağlı olmamağı azarkeşlərin gəlməyinə təsir edir. Düşünürəm ki, son ildə qazandığımız uğurlar göz qabağındadır. Əyalət komandasının ikinci il Avroliqaya vəsiqə qazanmasına baxmayaraq, ardıcıl 4 adlı- sanlı klubu sıradan çıxardıb qrupa düşməsi, 5 ev oyununda qapısını toxunulmaz saxlaması böyük uğurdur. Bir neçə il öncə "Neftçi"ni, "Xəzər Lənkəran"ı, "Qarabağ"ı udmağı düşünürdüksə, indi dünya nəhəngi "Borussiya" ilə qrupda mübarizə aparırıq. 20 qat Yunanıstan çempionunu mübarizədən kənarlaşdırdıq. Bunların qarşısında azarkeşlərin komandamıza dəstəyə gəlməməsi üzücüdü. 100 min əhalisi olan "Qəbələ" əhalisi 4 minlik stadionu doldurmursa, təbliğati gücləndirmək lazımdı. Düzdü, komandamız müəyyən konpaniyalar keçirir, amma nədənsə azarkeşlər yenə az gəlir. Hər şeyə rəğmən, gələcəyə nikbin baxıriq və ümid edirik ki, ardıcıl qələbələr gəlincə azarkeşlərimiz də tribunalari dolduracaq. Bir məqamı da qeyd edim ki, oyunlarin vaxtının axşam saatlarına salınması da azarkeş sayına təsir edir. Saat 21:00 -da başlayan oyuna gələn azarkeş 22:45 -də çıxıb evinə nece getsin? Bəzi kəndlərə saat 5-6 -dan sonra nəinki avtobus, heç taksi də işləmir. Sonda rəhbərliyimizə, futbolçularımıza və baş məşqçimizə inanir və bir ailə olub uğurların davamını gətirməyə əlimizdən gələni edəcəyimizə söz veririk".

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail