"Bakı"nın 11 futbolçusu milli komandalarda

04.10.2011 | 5303 dəfə oxunub

"Bakı"nın gənc qapıçısı Aqil Məmmədov Azərbaycan milli komandasının AÇ-2012 seçmə mərhələsi çərçivəsində oktyabr ayının 7-də Avstriya və 11-də Türkiyə ilə keçiriləcək oyunlara dəvət alıb.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan milli komandasına dəvət olunan Emin Cəfərquliyev və Novruz Məmmədov isə Bakıda iki oyuna çıxacaqlar. Adıçəkilən futbolçular oktiyabr ayının 6-da Norveçi , 10-da isə Belçikanı qəbul edəcək milli komandamızın heyətində oynamaq şansı qazanacaqlar.

Komandanın baş məşqçisi Aleksandr Starkov, futbolçular Denis İvanovs və Maris Verpakovski Latviya milli komandasının şərəfini qoruyacaqlar. Latviya yığması AÇ-2012 seçmə mərhələ oyunlarında Malta  və Xorvatiya ilə qarşılaşacaq.

Komandanın daha bir üzvü Deyvidas Cesnauskis Litva milli komandasının heyətində Çexiyaya qarşı keçiriləcək oyuna hazırlaşır.

Moldova milli komandasının üzvü Vadim Borets Hollandiya və San Marino, Syena Leone milli komandasının aparıcı oyunçularından biri olan İbrahim Karqbo isə Cənubi Afrika Respublikası ilə keçiriləcək oyunda meydana çıxa bilər. 

"Bakı"nın digər bir hücumçusu Uiston Parks Kosta Rika  milli komandasına dəvət olunub. Parksın milli komandası oktyabr ayının 7-də Braziliya, 11-də isə Kubaya qarşı oyunlarda forma geyinmək şansı qazanıb.

Komandanın gənc futbolçuları Nurlan Novruzov və Rəhman Hacıyev 19 yaşlılardan ibarət milli komandanın düşərgəsindədirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail