Kapitan yığma karyerası ilə bağlı qərarını açıqladı

18.11.2015 | 4033 dəfə oxunub

"Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandasındakı karyerasını davam etdirməyi qərara alıb.

Stadium.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi jurnalistlərə açıqlamasında bildirib.

Yığmanın kapitanı deyib ki, belə bir qərarı baş məşqçi Robert Prosineçki ilə görüşdən sonra qəbul edib: "Daha öncə 2 görüşümüz olmuşdu. Üçüncü belə görüş isə Moldova ilə yoldaşlıq görüşü öncəsi təlim-məşq toplanışında baş tutdu. Bundan sonra qərara gəldik ki, yığma karyeramı davam etdirim. Milliyə nə qədər - bir oyunluq, yoxsa bir seçmə tsikl boyunca lazım olacağımı zaman göstərəcək. Mən də milliyə layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Layiq olmadığımı hiss etsəm, oynamaram".

R.Sadıqov 2015-ci ilin Azərbaycan futbolu üçün uğurlu keçdiyini bildirib:
"Ötən il çox uğursuz olmuşdu. Bundan sonra yeni baş məşqçi gəldi. Vaxt çox az idi. Amma Robert Prosineçki qısa müddətdə komandanı toparlaya və oyun fəlsəfəsini tamamilə dəyişə bildi. Moldova ilə oyunda hücum edən, kombinasiya quran komanda gördük. Çox sevindirici haldır. Bircə Bolqarıstanla səfər matçında istədiyimiz oyunu sərgiləyə bilmədik. Hətta İtaliyaya uduzduğumuz qarşılaşmada da yaxşı təsir bağışlamışdıq".

Təcrübəli futbolçunun fikrincə, Azərbaycan millisi "DÇ-2018"in seçmə mərhələsi öncəsi ümidverici durumdadır: "Növbəti seçmə mərhələ üçün çox ümidliyik. Baş məşqçimiz də bizə çox inanır. Mənimlə söhbətlərdə də çox inamlı danışırdı. Komandanın oyunçularını da çox ruhlandırır. Əlimizdən gələni edəcəyik ki, "DÇ-2018"in seçmə mərhələsi bizim üçün maraqlı keçsin".

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 100 oyuna çıxmış Rəşad Sadıqov Moldova ilə yoldaşlıq görüşündə zədə səbəbindən oynamayıb.  report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail