Ürfan Abbasov millidə debüt etdi

18.11.2015 | 3145 dəfə oxunub

Azərbaycan milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirib.

Stadium.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qalib gələn yığmamızın heyətində “Qəbələ”nin 2 futbolçusu da meydana çıxıb. Start “11-liy”ində yer alıb, matça artırılan dəqiqələrdə əvəzlənən Arif Daşdəmirov millidə 10-cu oyununu keçirib. Bu ilin yayında “Qəbələ”yə keçən müdafiəçi “qırmızı-qaralar”ın təmsilçisi kimi 5-ci dəfə yığmanın formasını geyinib.
Matçın 69-cu dəqiqəsində oyuna daxil olan Ürfan Abbasov isə milli komandada debüt edib. 23 yaşlı müdafiəçi “Qəbələ”nin yığmamızda ümumilikdə 17-ci təmsilçisi olub. Ona qədər 16 futbolçu komandamızın üzvü kimi millimizin oyununda iştirak edib.

Onlar arasında rekord Aleksandr Çertoqanova məxsusdur. O, “Qəbələ”də çıxış etdiyi vaxt 13 dəfə millidə oynayıb. Vurğun Hüseynov 10, Mahir Şükürov 9 dəfə “qırmızı-qaralar”ı yığmada təmsil edib.

Azərbaycan millisi ilə yanaşı, Avropanın daha 5 yığması – Sloveniya, Latviya, Serbiya, Bosniya və Herseqovina, Estoniya da “Qəbələ”nin futbolçularının xidmətindən yararlanıb. Klubu bu komandaların hərəsinə 1 futbolçu göndərib.

Qeyd edək ki, Azərbaycan millisinin tarixində “Qəbələ”nin ilk futbolçusu Vurğun Hüseynov olub. O, 2010-cü il martın 26-da Moldova ilə Avstriyadakı yoldaşlıq oyununda (1:1) meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail