"Xəzər Lənkəran"da 11-ci debüt

53 yerli, 84 əcnəbi

04.10.2011 | 7058 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 8-ci turu daha 1 futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar olub. Yayda transfer olunan Kamal Bayramov karyerasında ilk dəfə lənkəran klubunun formasında meydana çıxıb.

"İnter"lə səfər matçında iştirak edən qapıçı "Xəzər Lənkəran" tarixinin bütün oyunçularının ümumi siyahısına 137-ci kimi daxil olub.

Kamal buna bu mövsümdə nail olan 11-ci futbolçudur. Ona qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo və Eldar İsmayılov da yeni komandalarında debüt etmişdilər.

İndiyədək "Xəzər Lənkəran"ın şərəfini qorumuş 137 oyunçudan 53-ü yerli, 84-ü əcnəbidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail