"Sumqayıt" "Neftçi"ni məğlub etdi

19.11.2015 | 2488 dəfə oxunub

AFFA-nın təşkil etdiyi U-19 Liqasında növbəti turun oyunları keçirilib.

 
Stadium.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubunun 19 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda “Neftçi”ni qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "kimyaçılar"  2:0 hesabı ilə qələbə qazanıb. Bu oyunda “Sumqayıt” FK U-19-dan qolları İsaməddin Rəsullu və Murad Xanməmmədov vurub. “Bakcell U-17 Liqası”nda mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət "Sumqayıt"  isə bu həftə “Vətən”lə qolsuz heç-heçəyə imza atıb.
 
“Sumqayıt” FK U-15 “Zirə”yə, U-14 isə “Bakı”ya 1:3 hesabı ilə məğlub olub.
 
Ötən həftə sonu 13 yaşadək futbolçulardan ibarət Sumqayıt təmsilçisi “Qəbələ” ilə bərabərə qalıb 0:0. Həftəsonu həmçinin “Sumqayıt” FK U-12 “Qızıl Əlcək” üzərində 6:0-lıq ələbəyə sevinib. Bu oyunda komandamızdan qolları Fərid Abbasov (3), Əli Əlizadə (2) və Rüstəm Rüstəmli vurub.
 
11 yaşadək futbolçulardan ibarət "kimyaçılar" “Gənclik-95”lə görüşdə 2:0 hesablı qələbəyə imza atıb. Bu oyunda Rəşad Abbas və Kənan Cavadlı fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail