"Qəbələ" daxilində heç bir problem yoxdur"

20.11.2015 | 2506 dəfə oxunub

Son günlər "Qəbələ" heç də yaxşı günlərini yaşamır. Ard-arda itirilən xallar bunu əyani sübut edir. Belə məqamlarda adətən daxildə hansısa problemlər olur. Görəsən, Qəbələ"də də daxildə nələrsə baş verir? Ümumiyyətlə bu uğursuz zolaq nədən qaynaqlanır? Yaranmış vəziyyətlə bağlı "Qəbələ"nin "Media ve marketinq departament" rəhbəri Səməd Nəsibov aydınlıq gətirib. "Qəbələ" rəsmisi Stadium.az saytına verdiyi açıqlamada bunları deyib:

"Uğursuzluq sırf nəticə və futbolla bağlıdı. Deyə bilərəm ki, daxildə heç bir problem yoxdur. Komanda çempionata hamıdan tez başladı. Onun gətirdiyi bir yorğunluq da ola bilər. Bundan əlavə baş məşqçimizin də, dediyi kimi xal itirdiyimiz bütun oyunlarda çox üstün oynamışıq. Hücum edən, ərazi üstünlüyünə sahib olan komanda biz olmuşuq. Futbolda belə hallar çox yaşanır. Məncə normaldı."

Sonda Səməd bəy "Sumqayıt"la oyuna da toxunaraq, bu uğursuz zolağın bitəcəyinə əminliyini bildirdi:

"İnanıram ki, "Sumqayıt"la oyunda qələbə qazanacagıq. Biz bu gücdəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail